Çərşənbə axşamı, 17 May 2016 22:00

AKP-nin yeni sədri sabah məlum olacaq

Xəbər verdiyimiz kimi, Türkiyə baş naziri Əhməd Davudoğlu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsindən istefa verib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, AKP-dən olan Nurəddin Canikli 4 nəfərlik heyətin mayın 19-da saat 14:00-da yeni sədrin adını açıqlayacağını bildirib.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu vəzifəyə gətirəcəyi şəxslər arasında 4 nəfərin adı çəkilir: Ərdoğanın kürəkəni Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuş.

Oxunuş sayı 1244 dəfə
Şərh vermək üçün giriş edin
Top