Bazar ertəsi, 09 May 2016 22:00

Türkiyədə bir gündə 2-ci terror - 15 polis yaralandı

Türkiyənin Diyarbəkir vilayətində minalanmış avtomobil partlayıb.

Hadisə nəticəsində 15 polis əməkdaşı yaralanıb.

İlkin məlumata görə, hadisəni PKK-çılar törədib.

Xatırladaq ki, bu, gün ərzində Türkiyədə baş verən 2-ci terror hadisəsidir. Belə ki, bir neçə saat əvvəl Türkiyənin Mardin vilayətində naməlum şəxslər hərbi karvana hücum ediblər. Silahlı hücum nəticəsində 5 hərbi qulluqçu xəsarət alıb.

Oxunuş sayı 1312 dəfə
Şərh vermək üçün giriş edin
Top