Çərşənbə, 04 May 2016 22:00

Davudoğlu istefa verdi: AKP-də fövqəladə qurultay - VİDEO

Baş naziri Ahmet Davudoğlu lideri olduğu partiyanın – AKP-nin növbədənkənar qurultayının çağırılması, eləcə də özünün siyasi karyerasına dair suallara cavab vermək üçün bu gün telekanalların kamerası önündə çıxış edir. Hazırda Türkiyənin bütün tv-ləri bu çıxışı canlı olaraq verir:

"Mənim 20 aylıq baş nazirlik sürəcində əsas vəzifəm AK Partinin birlik və bütövlüyünü qorumaq olub. Mənim baş nazirliyim dönəmində AK Partidə qardaş qovğası olmadı, bir istefa da baş vermədi!”

Fəaliyyətini təhlil edən Davudoğlu onun mərhələləri barədə məlumat verir, baş nazir kimi gördüyü işlərdən danışır. O, 20 illki baş nazirlik dönəmini 3 mərhələyə bölüb. O, seçkilərdən də danışaraq, "7 iyundakı növbədənkənar seçkilərdə başımızı dik tutduq”, deyib.”Zor bir dönəmdi, amma Türkiyəni bir saniyə də hökumətsiz buraxmadıq”. Türkiyənin baş naziri daha sonra başçılıq etdiyi 64-cü hökumətin terrorla mücadiləsindən danışıb.

"Bizim aldığımız qərarlar nə olursa olsun, kimsə Türkiyənin iqtisadiyyatı ilə oynamağa qalxmasın. Son ana qədər vəzifə başında olan hökumətimiz var, kimsə ekonomi dəngələri ilə oynamağa qalxmasın”, deyə xəbərdarlıqda da bulunub, Davudoğlu. "Mən prezidentin tapşırığı ilə baş nazirliyi qəbul etdim, lakin bu məqamın haqqını vermək üçün də gecə-gündüz çalışdım…81 vilayətimizə getdim – addımımı basmadığım vilayətimiz qalmadı…Bu, bir mühasibə yapma, baş nazirlik dönəminin qısa özətidir…

Bundan sonra Davudoğlu 22 may Qurultayında AKP rəhbərliyinə namizədliyini verməyəcəyini açıqlayıb və bunun səbəblərindən danışıb.

"Partiyamız yeni bir dönəmin astanasındadır…Nizamnaməmizin gərəyi olaraq 22 mayda Qurultaq qərarı aldıq. Bu tarixdə fövqəladə qurultay keçirəcəyik… Xalq soruşa bilər, nədən seçkilərdə uduzan müxalif partiya başqanları kreslolarını mühafizə etdikləri halda, seçkilərdə təkbaşına iqtidar olan bir partiyanın rəhbəri istefa verir?” Daha sonra isə o, bununla bağlı qısa açıqlama verib. Məlum olub ki, AKP-nin son yönətimn toplantısı və alınan qərarlar partiyanın rəhbəri və hökumətin başçısı olan Davudoğlunu razı salmayıb: "Mütabakat (anlaşma) olmayan yerdə iddiaçı olmam. Kimsənin də qəlbini qırmam…Ona görə də qərara aldım ki, istefa verim..”

Baş nazir öz çıxışında Türkiyənin prezidenti T. Ərdoğanı sayğılı ifadələrlə vəsf edir. O, deyib ki, Ərdoğanla insani münasibətləri heç zaman pozmayacaq: "Cümhurbaşqanımızla son nəfəsimə qədər dostluq və qardaşlığımı qoruyacam. Kimsə mənim ağzımdan, zehnimdən Cumhurbaşqanımızla bağlı neqativ söz eşitməyəcək. Cümhiurbaşqanının şərəfi, onuru mənim onurumdur, onun ailəsi mənim ailəmdir "…

Açıqlamalardan belə məlum olur ki, Davudoğlu bundan sonra elmi fəaliyyəti ilə məşğul olacaq. Eyni zamanda, AKP millətvəkili kimi parlamentdə də təmsilçiliyini saxlayacaq. Daha sonra o, təşəkkür açıqlamaları ilə çıxış edib, halallıq istəyib”.

Oxunuş sayı 1124 dəfə
Şərh vermək üçün giriş edin
Top