Bazar ertəsi, 02 May 2016 22:00

Avropalıların Türkiyəyə gediş-gəlişi asanlaşdı

Türkiyə hökuməti Avropa İttifaqına üzv ölkələr üçün viza rejiminin aradan qaldırılması barədə qərar qəbul edib.

Qərar hökumətin rəsmi orqanı olan "Resmi Gazete”də çap olunub. Qərar Türkiyə vətəndaşlarının Şengen zonasına vizasız gediş-gəlişi barədə Avropa Komissiyasının qərarından sonra qüvvəyə minəcək.

Avropa Komissiyası Türkiyənin bu addımını alqışlayıb. Komissiyanın nümayəndəsi Marqaritis Sxinasın sözlərinə görə, bu günə kimi Türkiyə 11 Aİ ölkəsinə viza rejimi tətbiq edirdi.(apa)

Oxunuş sayı 1116 dəfə
Şərh vermək üçün giriş edin
Top