Bazar ertəsi, 25 Aprel 2016 22:00

Obamadan Putinə mesaj: “O, səhv edir”

“Vladimir Putin NATO və Avropa İttifaqında Rusiya hakimiyyəti üçün hədə görüb”. 

Bu sözləri ABŞ prezidenti Barak Obama deyib. Onun sözlərinə görə, Rusiya prezidenti üçün ən düzgün yol Avropa İttifaqında təhlükə görmək əvəzinə onunla əməkdaşlıq etməkdir: “Cənab Putin adətən NATO, Avropa İttifaqı, transatlantik birliyini Rusiya hakimiyyəti üçün təklükə kimi nəzərdən keçirib. Mən hesab edirəm ki, o, səhv edir. Mən ona dedim ki, güclü və başqa ölkələrlə əlaqələrin saxlanılmasında maraqlı olan Rusiya ilə əməkdaşlıq edən güclü birləşmiş Avropa düzgün reseptdir. Lakin hələki onu buna tam inandırmaq alınmayıb”. 

Qeyd edək ki, Barak Obama rəsmi Vaşinqtonun Rusiya ilə yaxşı əlaqələr saxlamaq istədiyini bildirib. Angela Merkel ilə birgə mətbuat konfransında isə yalnız Minsk razılaşmalarına əməl olunacağı təqdirdə antirusiya sanksiyalarının ləğv ediləcəyini qeyd edib.

Oxunuş sayı 1456 dəfə
Şərh vermək üçün giriş edin
Top