Cümə axşamı, 21 Aprel 2016 22:00

İrəvanda iğtişaşlar: Kütlə prezident iqamətgahına doğru irəliləyib

İrəvanda kobud güc tətbiq edən polis qüvvələri prezident iqamətgahına doğru irəliləyən yürüş iştirakçılarını dağıdıblar. 

Virtualaz.org bildirir ki, bu barədə «Armenia Today» portalı xəbər verib.

İndiyədək artıq 42 yürüş iştirakçısı saxlanılıb. Ermənistan prezidentinin iqamətgahının ətrafına çoxlu sayda polis əməkdaşları yerləşdirilib.

Yürüş iştirakçıları ölkə başçısına bir sıra tələblər irəli sürüblər. 

Onların əsas tələbləri Dağlıq Qarabağdakı status-kvonu dəyişəcək hər hansı sənədin imzalanmaması, ərazi güzəştlərinin edilməməsi və sülhməramlı qüvvələrin Dağlıq Qarabağda və ətraf ərazilərdə yerləşdirilməsinin qarşısının alınmasıdır.

Oxunuş sayı 1356 dəfə
Şərh vermək üçün giriş edin
Top