Çərşənbə, 20 Aprel 2016 22:00

ABŞ İŞİD-in silah anbarını bombalayıb

ABŞ B-52 bombardmançı təyyarələri ilə ilk dəfə İraqdakı İŞİD mövqelərinə zərbə endirib.

Pentaqondan verilən açıqlamaya görə, ABŞ hərbi hava qüvvələrinin əsas hədəfi ölkənin şimalındakı silah anbarı olub.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarələr Qətərdəki aviabazadan havaya qalxıblar. Təyyarələr həmin aviabazaya aprel ayının əvvəlində gətirilib.

Son dəfə B-52 təyyarələri Yaxın Şərqdə 1991-ci ildə “Səhrada tufan” əməliyyatı zamanı istifadə olunub. Bu təyyarələr artıq 60 ildir ki, ABŞ silahlı qüvvələrinin istifadəsindədir.

Oxunuş sayı 1267 dəfə
Şərh vermək üçün giriş edin
Top