Bazar, 23 Yanvar 2022 22:07

ABŞ-dan Ukraynaya yeni silahlar gəldi

ABŞ hərbi yardımın növbəti partiyasını Ukraynaya təhvil verib.

Silahlar “Borispol” hava limanına çatdırılıb.

Bu dəfə təhvil verilən silahlara M141 və “SMAW-D” qumbaraatanları, “Javelin” tank əleyhinə raketlər daxildir.

Xatırladaq ki, bu, ABŞ-ın Ukraynaya hərbi yardımının ikinci partiyasıdır. Bundan əvvəl yanvarın 22-də bu ölkəyə 90 ton silah-sursat təhvil verilib.

Oxunuş sayı 680 dəfə
Şərh vermək üçün giriş edin
Top