Bazar, 10 Aprel 2016 22:00

Rusiyada terror aktı: 3 kamikadze özünü partlatdı

Bu gün səhər Rusiyanın Stavropol diyarında Daxili İşlər Nazirliyinin idarəsinin qarşısında 3 nəfər kamikadze özlərini partladıblar.
 Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, dördüncü terrorçu polislər tərəfindən zərərsizləşdirilib.
 İlkin məlumatlara görə, cəmi beş partlayış qeydə alınıb.
 Xəsarət alanlar barədə məlumat verilmir.
Oxunuş sayı 1242 dəfə
Şərh vermək üçün giriş edin
Top