Şənbə, 04 Yanvar 2020 23:55

Avropa Amerikanı məyus edib - “Qasım Süleymaniyə görə gözlədiyimiz dəstəyi almadıq”

ABŞ-ın dövlət katibi Mayk Pompeo Avropa ölkələrinin Qasım Süleymaninin qətlindən sonra verdikləri reaksiyalardan narazıdır. O, Avropa dövlətlərinin bu məsələyə reaksiyasını "bölgədəki tərəfdaşları" ilə müqayisə edib. O bildirib ki, ABŞ avropalılardan gözlədiyi dəstəyi ala bilməyib.

Bundan başqa, Britaniyanın “The Gardian” nəşri dövlət katibinin məyus olduğunu yazıb. Pompeo İngiltərə, Fransa və Almaniyanı Amerikaya kifayət qədər dəstək verməməkdə suçlayıb.

Amerikanın bölgədəki tərəfdaşları İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri isə bu məsələdə ABŞ-ın yanında yer alıblar.

"Son bir-iki günümü bölgədəki tərəfdaşlarımızla danışdım, nə etdiyimizi, niyə etdiyimizi izah etdim. Onlardan dəstək istədik. Aldığımız cavab fantastik idi", - deyə Pompeo "Fox TV"-yə müsahibəsində deyib.

"Sonra digər yerlərdəki tərəfdaşlarımızla heç də yaxşı olmayan söhbətlər apardıq”- deyə, dövlət katibi gileylənib..

“Açığı avropalılardan istədiyimiz səviyyədə dəstək görmədik. Britaniyalılar, fransızlar, almanlar - hamı başa düşməlidir ki, amerikalılar niyə belə edirlər. Avropada da insanların həyatını xilas etdiyimizin fərqində olmalıdırlar. Qasım Süleymani və onun İnqilab Keşikçiləri Avropada da sui-qəsd kampaniyalarına rəhbərlik ediblər. Qasım Süleymaninin ölümü bütün dünya üçün yaxşı bir şeydir”.

Oxunuş sayı 1052 dəfə
Şərh vermək üçün giriş edin
Top