Cümə axşamı, 02 Yanvar 2020 20:04

Türkiyə ordusu Liviyaya girəcək

Yanvarın 2-də Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədin müzakirəsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclası keçirilib.

TBMM-də müzakirə zamanı Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd qəbul edilib.

Sənədin müzakirəsindən sonra səsvermə keçirilib. Səsvermə nəticəsində 184 səsə qarşı, 325 səslə sənəd qəbul edilib. Ümumilikdə 509 deputat səsvermədə iştirak edib.

Xatırladaq ki, Liviya ilə Türkiyə arasında 27 noyabr 2019-cu ildə İstanbulda "Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması", eləcə də "Təhlükəsizlik və hərbi əməkdaşlıq" memorandumu imzalanıb.

Memorandum imzalandıqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğan Tripoli hökumətinin istəyi olacağı təqdirdə Ankaranın Liviyaya hərbi qüvvə göndərməsi barədə düşünəcəyini açıqlayıb.

Oxunuş sayı 1043 dəfə
Şərh vermək üçün giriş edin
Top