Cümə axşamı, 20 İyun 2019 17:08

Trampla Putin görüşəcək

ABŞ və Rusiya prezidentləri görüşəcək.

Donald Tramp bu barədə "Fox News" kanalına müsahibəsində deyib.

Bildirib ki, Vladimir Putinlə görüş gələn həftə Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində baş tutacaq.
Qeyd edək ki, bir neçə gün öncə Tramp öz "Twitter" səhifəsində Çin Kommunist Partiyasının sədri Si Cinpinlə də görüşəcəyi barədə yazıb.

Oxunuş sayı 1026 dəfə
Şərh vermək üçün giriş edin
Top