Şənbə, 14 Aprel 2018 22:00

Belarusda miqrantları daşıyan azərbaycanlı tutulub – VİDEO

Belarusun xüsusi təyinatlı sərhəd xidməti əməkdaşları Volojinski rayonunun Rakov aqrar şəhərciyi yaxınlığında Avropa İttifaqına miqrant aparan beynəlxalq cinayətkar qrupun üzvlərini saxlayıblar.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, qrupun təşkilatçısı 33 yaşlı Azərbaycan vətəndaşı olub.

Onunla bərabər Belarus vətəndaşı olan iki daşıyıcı və Rusiydan olan çeçen əsilli iki bələdçi tutulub. Saxlanılan şəxslər Belarus ərazisi ilə dövlət sərhədi istiqamətində sənədləri olmayan 11 Vyetnam vətəndaşı aparırmışlar.

Hazırda təşkilatçı, vasitəçi və bələdçilərə qarşı Belarus Cinayət Məcəlləsinin "Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qanunsuz miqrasiya təşkil etmək" maddəsi üzrə cinayət işi açılıb.

Oxunuş sayı 1026 dəfə
Şərh vermək üçün giriş edin
Top