Şənbə, 14 Aprel 2018 22:00

Xamenei: “Amerika, Fransa və Britaniya liderləri cinayətkardır”

İranın ali dini rəhbəri ayətullah Əli Xamenei ABŞ, Fransa və Britaniya liderlərini cinayətkar adlandırıb.

APA-nın “Tasnim” agentliyinə istinadən yaydığı xəbərə görə, Ə. Xamenei Qərb koalisiyasının Suriya əməliyyatına sərt reaksiya verib. Suriyaya hücum cinayətdir, Amerika, Fransa prezidentləri və Britaniyanın baş naziri isə canidir”, - deyə o, söyləyib.  

Əli Xamenei bildirib ki, Amerika və onun müttəfiqləri bu cinayətlə hər hansı nəticəyə nail ola bilməyəcəklər.

Oxunuş sayı 1421 dəfə
Şərh vermək üçün giriş edin
Top