Çərşənbə, 14 Mart 2018 21:00

Merkel 4-cü dəfə baş nazir oldu

Almaniyanın baş naziri Angela Merkel Federal Məclisdə keçirilən gizli səsvermə nəticəsində növbəti dəfə baş nazir postuna gətirilib. O, 171 gün keçən seçkidən sonra millətvəkillərinin səsini alaraq yenidən baş nazir seçilib.

Federal Məclisdə səs verən 702 deputatdan 688-nin səsi keçərli sayılıb.

Qeyd edək ki, Merkelin yenidən baş nazir seçilməsi üçün 355 deputatın səsini qazanması lazım idi.

Oxunuş sayı 1070 dəfə
Şərh vermək üçün giriş edin
Top