Cümə, 09 Mart 2018 21:00

Türkiyə sərhədində iki alman saxlanıldı

Yunanıstanla Türkiyə sərhədində iki alman jurnalist həbs edilib.

Bu barədə məlumatı “Xəbərtürk” yayıb.

Məlumata görə, Almaniyanın ARD kanalında çalışan jurnalistlər iki ölkə sərhədində yerləşən “qadağan olunmuş” əraziyə daxil olduqları üçün həbs ediliblər.

Almaniyanın “Der Şpigel” jurnalı jurnalistlərin Almaniyadan qanunsuz yolla Türkiyəyə geri dönmək istəyən türklərin Meriç çayından necə keçdiklərini görüntüləmək məqsədi ilə bölgəyə daxil olduqlarını bildirib.

Oxunuş sayı 954 dəfə
Şərh vermək üçün giriş edin
Top