Çərşənbə axşamı, 02 Yanvar 2018 21:00

Avropa İttifaqı İranla bağlı açıqlama yaydı

Avropa İttifaqı İrandakı etiraz aksiyalarında zorakılığa yol verilməməsi ilə bağlı çağırış edib.

Aİ İrandakı etirazlarda iştirak edən bütün tərəfləri zorakılıqdan imtina etməyə çağırıb.

Bununla bağlı açıqlamanı Aİ Xarici Əlaqələr Servisi yayıb. Açıqlamada bildirilib ki, Aİ İrandakı hadisələri yaxından izləyir: “İnsan hüquqları İranla Avropa İttifaqı əlaqələrində daima mühüm statusda olmuşdur. Sərbəst toplaşmaq və ifadə azadlığı hər bir ölkə üçün əsas haqlardandır. Bu məsələdə İran da istisna deyil”. 

Yayılan açıqlamanın sonunda qeyd edilib ki, Avropa İttifaqı hadisələri müşahidə etməyə davam edəcək. 

Xatırladaq ki, 28 dekabrdan bu yana İranda iqtisadi vəziyyətlə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar Məşhəd şəhərində başlayıb və burdan bütün İrana yayılıb. Hadisələrdə 28-ə yaxın insanın həlak olduğu bildirilir. 

Oxunuş sayı 1431 dəfə
Şərh vermək üçün giriş edin
Top