Çərşənbə, 20 Dekabr 2017 21:00

Tramp hədələdi: Qüds qərarını tanımayan ölkələrə maliyyə yardımı kəsiləcək

ABŞ prezidenti Donald Tramp BMT-nin Baş Assambleyasında müzakirə ediləcək Qüdsün statusu ilə bağlı məsələyə münasibətdə Amerikanın mövqeyini dəstəkləməyən ölkələrə maliyyə yardımının kəsiləcəyi ilə hədələyib.

“Times of Israel” nəşri xəbər verir ki, Tramp bununla bağlı deyib: “Onlar bizdən milyonlarla, hətta milyardlarla dollar vəsait alır, sonra isə əleyhimizə səs verirlər. Əladır, qoy səs versinlər – biz bunu nəzərə alıb xeyli pula qənaət edərik. Bu bizi narahat etmir”.

BMT-nin Baş Assambleyasının Qüdsün statusuna həsr olunmuş təcili iclası dekabrın 21-də keçirilməlidir. Belə toplantılar BMT Təhlükəsizlik Şurasının hər hansı məsələ üzrə yekdil qərara gələ bilmədiyi hallarda keçirilir. Xatırladaq ki, ABŞ BMT TŞ-nin Qüdslə bağlı qərarına veto qoymuşdu.

Oxunuş sayı 1017 dəfə
Şərh vermək üçün giriş edin
Top