Şənbə, 09 Sentyabr 2017 22:00

Saakaşvili qayıtdı

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin keçmiş quberntoru Mixail Saakaşvili Ukraynaya dönə bilib.  

M.Saakaşvili  sentyabrın 9-da saat 14.00 radələrində oğlu ilə birlikdə Polşa-Ukrayna səhhəddini keçib. 

Bu barədə sabiq qubernator özünün facebook səhifəsində yazıb. O, bildirib ki, 11 yaşlı oğlu Nikolasla birlikdə Lvov vilayətinin “Krakovets” sərhəd buraxılış məntəqəsindən Ukrayna ərazisinə daxil olub. Sərhədi velosipedlə keçdikdən sonra ata-oğul selfi çəkdiriblər. 

Xatırladaq ki, M.Saakaşvilinin Ukraynaya qayıtmasına dəstək vermək məqsədilə Ukraynanın sabiq baş nazir Yuliya Timoşenko sentyabrın 8-də Polşaya getmişdi. O, Poroşenko hökumətinin Saakaşviliyə olan təzyiqini çirkin repressiya adlandırmışdı. 

Oxunuş sayı 2119 dəfə
Şərh vermək üçün giriş edin
Top