Çərşənbə, 16 Avqust 2017 22:00

Mikroavtobusu insanların üzərinə sürdülər: 13 ölü, 20 yaralı - Yenilənib + Video

İspaniyada mikroavtobusun insanların üzərinə sürülməsi nəticəsində xeyli insan xəsarət alıb.

Hadisə Barselona şəhərində qeydə alınıb. Məlumata görə, hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb. Hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb. Hadisəni törədən sürücü ərazidən qaçıb. 

İspaniyanın Barselona şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

 Polis Barselonada, Las Ramblas turizm bölgəsində avtomobili kütlənin üstünə sürən şəxsin kimliyi müəyyənləşdirib.

Bu barədə "El Pais" nəşri Mülki Qvardiyadakı mənbəyə istinadən xəbər verib.

Məlumata görə, bu, Driss Oukabirdir. O, avtomobili Barselona vilayətinin Santa-Perpetua-de-Moqoda yaşayış məntəqəsində icarəyə götürüb.

Oxunuş sayı 1205 dəfə
Şərh vermək üçün giriş edin
Top