Bazar ertəsi, 17 İyul 2017 22:00

Berlin aksiya iştirakçıları hələ də təqib olunur

berlin1 Bir müddət əvvəl Almaniyada Azərbaycanda insan haqlarının pozulmasına, repressiyalara son qoyulması,  siyasi məhbusların azadlığa buraxılması tələbi ilə keçirilən aksiyada iştirak edən mühacirlərin yaxınlarına  təzyiq olunur. Bu haqda Azərbaycanın Berlindəki səfirliyi qarşısında keçirilmiş sözügedən aksiyada iştirak  etmiş şəxslərdən biri məlumat verib.

 

berlin2Məlumatda bildirilir ki, “Biz qul deyilik!”, “Siyasi məhbuslara azadlıq!”, “Avropa, Azərbaycanda insan haqlarına biganə qalma!” kimi şüarların səsləndirildiyi aksiyada xüsusən Heydər Əliyevin heykəlinin aşırılması Azərbaycan hakimiyyətini qəzəbləndirib. O gündən etibarən aksiyada iştirak edən şəxslərin hər biri ilə bağlı araşdırmalar başlanıb.

berlin3 “Hətta Almaniyadan deportasiya edilib Azərbaycana göndərilən şəxslər xüsusi  yoxlanılır, onun həmin aksiyada iştirak edib-etmədiyi müəyyənləşdirilir. Aksiya  iştirakçılarının Azərbaycandakı qohumları ciddi təzyiq altındadır. Onlardan birinin – İntiqam Xudiyevin  ataşı polis şöbəsinə çağrıldıqdan 3 gün sonra dünyasını dəyişib”, – deyə məlumatda bildirilir

Oxunuş sayı 1613 dəfə
Şərh vermək üçün giriş edin
Top