Bazar ertəsi, 19 İyun 2017 22:00

Astanada Suriya üzrə növbəti görüş olacaq

Suriyada vəziyyətin nizamlanmasna dair növbəti görüş Astanada iyulun 4-5-də keçiriləcək

Trend-in məlumatına görə, bu barədə Qazaxıstan XİN-in mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib.

A.Jaynakov deyib ki, görüşün həmin tarixdə keçirilməsi barədə həm Rusiya, həm Türkiyə, həm də İran tərəfinin razılığı alınıb.

Qazaxıstan XİN mətbuat xidməti rəhbərinin sözlərinə görə, Astana danışıqlarının budəfəki mərhələsində əldə olunmuş əvvəlki razılaşmaların necə yerinə yetirilməsi və vəziyyətin normallaşdırılması istiqamətində atılacaq növbəti addımlar müzakirə ediləcək.

Oxunuş sayı 1220 dəfə
Şərh vermək üçün giriş edin
Top