Şənbə, 15 Aprel 2017 22:00

İranda daşqınlar nəticəsində ölənlərin sayı 41-ə çatıb

İranın şimal-qərbində daşqınlar nəticəsində ölənlərin sayı 41 nəfər çatıb.

Trend-in "PressTV"yə istinadən verdiyi məlumata görə, 22 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, güclü leysan yağışları Şərqi Azərbaycanda başlayıb. Təbii fəlakət ən çox Azerşehr və Acabşır şəhərlərinə ziyan vurub.

Oxunuş sayı 1456 dəfə
Şərh vermək üçün giriş edin
Top