Çərşənbə, 05 Aprel 2017 22:00

Rusiyada daha bir partlayış baş verdi

Rostovun mərkəzində partlayış qeydə alınıb.

Bu haqda hüquq-mühafizə orqanlarına istinadla RİA məlumat yayıb.

Qeyd edilir ki, küçə süpürgəçisi yerdə şübhəli əşya görərək ona yaxınlaşıb. Partlayıcı maddə onun əlində işə düşüb. Nəticədə sözügedən şəxs qarın nahiyəsindən yaralanıb və barmaqlarını itirib.

Hazırda hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib.

Digər mənbə isə insidentin məktəb yaxınlığında baş verdiyini təsdiqləyib. Polislər əraziyə gediş-gəlişi bağlayıb, məktəbdə isə dərslər dayanıb.

Oxunuş sayı 1562 dəfə
Şərh vermək üçün giriş edin
Top