Türkiyədə Suriya əsilli tanınmış jurnalist və Yaxın Şərq üzrə ekspert Hüsnü Mahalli həbs edilib.
Vetenugrunda.Az-ın verdiyi xəbərə görə, Türkiyə hökuməti bu həbsi belə şərh edib ki, guya H. Mahalli “Twitter”də Türkiyənin dövlət böyüklərinə həqarət edib.
Dekabrın 13-də axşam saatlarında İstanbulda polis tərəfindən saxlanılıb. Jurnalistin evində axtarış aparılıb və bəzi digital vasitələr müsadirə edilib.
1949-cu ildə Suriyanın Cerablus şəhərində dünyaya gələn Mahalli türkməndir. İstanbul Universitetini bitirib. O, Türkiyə hökumətinin Suriya siyasətini ardıcıl tənqid edirdi və Ərdoğanın əl-Nusra, İŞİD kimi teror təşkilatlarını dəstəklədiyini hər zaman bağıra-bağıra deyirdi. O, eyni zamanda Türkiyənin dövlətin nəzarətində olan telekanllarında və mətbuatında İŞİD, əl-Nusra kimi teror təşkilatlarının "Özgür Suriya ordusu" kimi təqdim edilməsini pisləyirdi.
Hüsnü Mahalli indi sizə təqdim edəcəyimiz çıxışından dərhal sonra həbs edilib: