Bazar, 28 Fevral 2016 21:22

İraqda növbəti terror: 70 ölü, 100 yaralı

İraqın paytaxtı Bağdadın şərqində törədilən iki terror aktı nəticəsində 70 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Bu barədə "Reuters" ölü və yaralıların yerləşdirildiyi paytaxt xəstəxanalarının əməkdaşlarına və polisə istinadən məlumat yayıb.

Məlumata görə, hər iki partlayış şiələrin məskunlaşdığı Mədinət-əs-Sədr məhəlləsində baş verib.
Bəzi məlumatlara görə, əvvəlcə bomba partlayıb, bir neçə dəqiqədən sonra isə terrorçu-kamikadze kütlənin içərisində ikinci partlayışı törədib. Digər məlumatlara görə isə, terror aktlarını iki kamikadze törədib.
Partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Oxunuş sayı 1397 dəfə
Şərh vermək üçün giriş edin
Top