Bazar, 28 Fevral 2016 21:16

Türkiyə Böyük Millət Məclisində əlbəyaxa dava

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tanınmış jurnalistlər Can Dündar və Ermen Gülün həbsdən azad edilməsi haqda məhkəmə qərarını qəbul etmədiyini deyib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentin məhkəmənin qərarına hörmət etməməsi parlamentdə davaya səbəb olub.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) bu gün keçirilən iclasında CHP-dən olan deputatlar Ərdoğana etiraz ediblər.
Müxalifət təmsilçilərinin sərt çıxışna hakim AKP-nin cavabı gecikməyib.
Deputatların söz dueli sonda əlbəyaxa davaya çevrilib. CHP-li Barış Yarkadaş ile AKP təmsilçisi Mehmet Metinerin davasına deputat həmkarları müdaxilə edib.
Oxunuş sayı 1512 dəfə
Şərh vermək üçün giriş edin
Top