Şənbə, 20 Fevral 2016 21:00

Polis şöbəsinə hücum: Ölən var

İstanbulun Sarıyer məhəlləsindəki polis şöbəsinə əldəqayırma partlayıcıyla hücum edən terrorçulardan biri vurulub

 Milli.Az Haberturk-ə istinadən bildirir ki, xəstəxanaya aparılan terrorçu orada ölüb. 

 Terrorçu DHKP/C üzvü olan qrup Fatih Sultan Mehmet Polis Mərkəzinə yaxınlaşaraq mərkəsin bağçasına əldəqayırma qumbara atıb. Atışma başlayıb. Yaralanan yoldaşlarını bağçada qoyan terrorçular qaçıblar.
 Ölən terrorçunun kimliyi də bəlli olub. Yılmaz Öztürk adlı bu şəxs 20 yaşında imiş. 
 Polis araşdırma aparır. 
Oxunuş sayı 1531 dəfə

Media

Şərh vermək üçün giriş edin
Top