Bazar, 17 İyul 2016 21:00

Polis İrəvanın mərkəzində müxalifətin icazəsiz aksiyasını dağıdıb

Polis İrəvanın mərkəzində müxalifətin icazəsiz aksiyasını dağıdıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident İrəvanın Azadlıq meydanında baş verib

Bir qrup müxalifətçi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasına yürüş etmək istəyib.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb. 

Oxunuş sayı 1284 dəfə
Şərh vermək üçün giriş edin
Top