Şənbə, 22 İyun 2019 10:29

Nəsimidə ağacları kəsiblər - FOTO

Nəsimi rayonunda ağacların kəsildiyi bilirilir.
Bu barədə Arqument.az-a sakinlər məlumat veriblər.
Sakinlər bildiriblər ki, Nəsimi rayonu 20 Yanvar küçəsi, 37A saylı binanın araxasında bir neçə ağacı kəsiblər. 
Onların sözlərinə görə, burada hansısa obyekt tikiləcək: "Həmin ərazidə əvvəllər də hansısa obyektin tikilməsi nəzərdə tutulmuşdu. Asif Əsgərov icra başçısı təyin olunandan sonra orada hasarı sökdürüb. Dünən isə sarı geyimdə olan bir qrup şəxs - çox güman ki, icra hakimiyyətinin işçiləridir - gəlib ağacları kəsib maşına yükəyib apardılar". 
Nəsimi Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənə bilmədik. 


Oxunuş sayı 943 dəfə
Şərh vermək üçün giriş edin
Top