Cümə, 21 İyun 2019 21:17

"Uşaqları yanına aparıram ki, atalarının üzünü unutmasınlar" - Əbülfəz Bunyadovun xanımı

Siyasi məhbus Əbülfəz Bunyadovun vəziyyəti ağırlaşıb. Hər an nəsə ola bilər. Bu barədə Xeberinfo.de-ə həyat yoldaşı Leyla xanım Bunyadova məlumat verib.

Həyat yoldaşının dediyinə görə, ətdən və digər yeməklərdən imtina edib: "Əbülfəzil vəziyyəti çox ağırdır. Demək olar ki, heç nə yemir. Ancaq su ilə qalır. Ayaqları və kürəyi yaradır. Yatağı qan içindədir. Ayaq barmaqlarında dırnaqları qopub. Əti çürümək üzrədir".

Leyla xanım onun qaldığı yerdən də şikayətlənib: "Əbülfəz 8 m² otaqda beş əlil məhbusla qalır. Hər dəfə azyaşlı uşaqlarımızı yanına aparıram ki, heç olmasa atalarının üzü uşaqların yadında qalsın. Əbülfəzin hər yeri yaradır, atrıq sağalacağına ümidi azalır. Ölümdən elə danışır ki, sanki bir neçə dəqiqədən sonra canını Əzrailə təslim edəcək".

Qeyd edək ki, Əbülfəz Bunyadov 2015-ci ild "Nardaran hadisələri"lə bağlı 15 il azadlıqdan məhrum edilib. Həmin hadisədə belindən güllə yarası alan Əbülfəz iflicdir və təbi ehtiyaclarını özü ödəyə bilmir. 

Oxunuş sayı 959 dəfə
Şərh vermək üçün giriş edin
Top