Çərşənbə, 13 Mart 2019 22:14

"Ümidvarıq ki, ağır xəstə olan atamın bu son istəyi Allahın iznilə yerinə yetəcək"

Hacı Abgül Süleymanovun həyat yoldaşı qardaşının saxlanılmasıyla bağlı Suraxanı prokurorluğunda olub.

Bu barədə Hacı Abgül Süleymanovun həyat yoldaşı Zəhra Süleymanova bildirib.

Onun sözlərinə görə, əvvəlcə Baş Prokurorluğa zəng ediblər, oradan onlara bildirirblər ki, öz rayonunuzun prokurorluğuna müraciət edin.

"Biz Suraxanı Prokurorluğunun Prokurorlarından biri Rəhim müəllimlə görüşdük. O bizə bildirdi ki, Ruhullah Novruzzadənin işi onlarda deyil və bu rayon prokurorluğu onun saxlanılması haqda göstəriş verməyib. Bir az araşdırdıqdan sonra Baş Prokurorluğun Ağır Cinayətlər Üzrə İstintaq İdarəsi tərəfindən ölkə girişinə yasaq qoyulduğunu bizə bildirdilər. Qardaşım ölkədə olmaya-olmaya Nardaran hadisələrilə bağlı olaylarda adı keçir və bu problemlər oradan qaynaqlanır. Ümidvarıq ki, son günlər ölkədə əfv sərəncamının verilməsilə bağlı söz-söhbətlər getdiyi halda qardaşımı azad edəcəklər.", -deyə Zəhra Süleymanova bildirib.

Daha sonra o deyib: "Bildiyiniz kimi atam ağır xəstədir, vərəm diaqnozundan Mərdəkandakı Ağciyər Xəstəxanasında uzun müddətdir ki, müalicə alır. Yanına getdim, həkimlə görüşdük. Həkim səhhətinin çox pis, olduğunu və hətta ömrünün az qaldığını bildirdi. Ruhullah ölkəyə girişində problem yaranacağını bilirdi, çünki 4 il öncə də quru yolu ilə İrandan Azərbaycana gələndə onun ölkəyə girişinə qadağa olma səbəbilə geri qaytarmışdılar. Lakin atam ona israr edirdi ki, vəsiyyətim var, son dəfə 3-4 ildir görmədiyim oğlumu görüm, sonra ölüm.

Bu şeyləri nəzərə alaraq qardaşımın azad edilməsi üçün səlahiyyətli şəxslərdən addım atmalarını gözləyirik. Ümidvarıq ki, ağır xəstə olan atamın bu son istəyi Allahın iznilə yerinə yetəcək."

Qeyd edək ki, bu gün səhər saat 4 radələrində Tehran - Bakı reysilə qayıdan və Qum Universitetinin Hüquq fakültəsində (ikinci təhsil) oxuyan ilahiyyatçı Ruhullah Novruzzadə aeroportda saxlanılıb.

Hacı Abgül Süleymanovun həyat yoldaşı qardaşının saxlanılmasıyla bağlı prokurorluqda olub. (İslamazeri.com)

Oxunuş sayı 866 dəfə
Şərh vermək üçün giriş edin
Top