Cümə axşamı, 03 Yanvar 2019 23:48

Rejim həbslərə son qoymasa, tezliklə hakimiyyəti itirəcək

Cavid Cabbarlı: "Lazımsız və saxta ittihamlarla həbslər, işgəncələr rejimi daha çətin vəziyyətə salır"

İctimai-siyasi f'əal, Xeberinfo.de-in baş redaktoru Cavid Cabbarlı saxta ittihamlarla reallaşan həbsləri tənqid edib. O, facebook səhifəsində belə həbslərin rejim üçün təhlükəli olduğunu vurğulayıb. C.Cabbarlının statusunu təqdim edirik:

"Rejimin davranışı heç anlaşılmır. Mehmanı həbsdə saxlamağın nə mənası var? Yaxud, bu gün etiraz edənlərə qarşı zorakılıq nəyə lazım idi? Hesab edirəm ki, rejimin həbslərlə bağlı davranışı çox böyük yanlışlıqdır. Mehmanı həbsdə saxlamaqla, özlərini daha çox ifşa edirlər. Eyni zamanda, etiraz edənlərə qarşı zorakılıq halları, demokratik dəyərləri dəstəklədiyini iddia edən Qərbi çıxılmaz vəziyyətə salır. Onsuz da, rejim neft pulları ilə ömrünü uzatmağa nail olur, Qərb Əliyev rejiminin davranışlarına göz yumur. Belə hallar isə Qərbi nə zamansa, seçim qarşısında qoya bilər. Əlsində neft boruları işlək olduğu dövrdə Qərbin bu rejimə qarşı sadə bəyanatından başqa heç bir etirazına rast gəlməyəcəyik. Amma hər halda istisnalar da ola bilər. Rejimin belə davranışları Qərbi Azərbaycan hakimiyyətini dəstəkləməkdən imtina edəcəyinə gətirib çıxarda biləməklə yanaşı, xalqın da səbr kasasını daşdıra bilər.
Bu prosesin 2019-da olacağı istisna deyil. Dövlətçilik prinsiplərini tayfa və mafiya qaydalarına çevirən rejimə qarşı etirazlar davamlı olarsa, bir neçə ləngərdən sonra hakimiyyətin sütünları dağılacaq.
Rejim vəziyyəti çox ağır və çıxılmaz duruma gətirib. Ölkəni bütövlüklə bir tayfanın ehtrasına qurban vermək olmaz. Cəmiyyətin bütün sahələrində məsul şəxslər ölkəni bu tayfanın əlindən almağa çalışmalıdırlar. Dövlətimiz və xalqımız üçün ən xeyirlisi isə seçki yolu ilə hökuməti təhvil verməkdir.
Lazımsız və saxta ittihamlarla həbslər, işgəncələr rejimi daha çətin vəziyyətə salır, xalqın və dövlətin hər tərəfli inkişafına ciddi maneə olur.
Son siyasi məhbus azad olunana, rejim ən yaxşı halda istefaya gedənə qədər mübarizə davam edəcək. Ən təsirli və itkisiz yol isə Qərbi rejimlə əməkdaşlıqdan çəkindirməkdir".

Oxunuş sayı 727 dəfə
Şərh vermək üçün giriş edin
Top