Çərşənbə axşamı, 23 Oktyabr 2018 02:37

Sofiya deputat seçkilərinə hazırlaşır - TƏKLİF

İlham Əliyev Səudiyyə vətəndaşını yüksək səviyyədə qəbul etdi

Sofiya: Cənab prezident, sizinlə görüşməyə çox şadam. Mən dünən gəlmişəm və Azərbaycan məni valeh edib. Mən Bakının unikal memarlıq üslubunu, müasir binaları və texnoloji nailiyyətlərini görmüşəm. Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında iri miqyaslı layihələr həyata keçirir. Bu, çox yüksək qiymətləndirilir.

İlham Əliyev: Çox sağ olun, Sofiya. İlk növbədə Azərbaycana xoş gəlmisiniz. Sizin məşğul cədvəlinizə baxmayaraq, bizə səfər etməyiniz bizi çox məmnun edir. Siz bütün dünyanı səhayət edirsiniz və sevindirici haldır ki, bu gün təyinat yeriniz Azərbaycandır. Siz burada şəhərlərdən birində, İmişlidə bizi ziyarət edirsiniz. Biz sizinlə birlikdə yeni Asan Xidmətin açılışını edirik. Bu da innovasiyadır və müasir ölkəmizi qurmaq üçün bacarığımızı və niyyətlərimizi əks etdirir. Ölkəmiz haqqında xoş sözlərinizə görə, sizə təşəkkür edirəm. Ümid edirəm ki, ətrafı görmək üçün vaxtınız olacaq və siz Bakıda çox əziz qonaq olacaqsınız.

Sofiya: Hava limanında enən kimi mənə dərhal Asan Viza verildi. Mən həmçinin sizin təşəbbüsünüzlə yaradılmış Azərbaycan brendi olan Asan Xidmət konsepsiyası ilə tanışam. Yeri gəlmişkən, burada yaradılmış iş mühitini çox bəyəndim.

İlham Əliyev: Asan bizim milli brenddir. Biz öz ölkələrində belə bir xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də, Asanın təkcə Azərbaycanda yox bütün dünyada parlaq gələcəyi var. Çox sağ olun, siz çox ağıllı və çox gözəlsiniz.

44551299 1770641609701152 181757969380147200 nOxuduğunuz dialoq İlham Əlyevlə robort Sofiya arasında İmişli rayonunda baş tutub. İlham Əliyev zarafat filan eləməyib, ciddi görkəmdə, ciddi söhbət edib, Sofiya xanıma „sən çox ağıllı və gözəlsən“ də deyib.

Sofiya 2015-ci ildə Cənubi Koreyada istehsal olunub və bir çox göstəricilərinə görə, bir müddət dünya gündəmində qalıb. Daha bir maraqlı məlumat isə Sofiyanın vətəndaşlığı ilə bağlıdır. Deməli, Əliyev rejimi ilə eyni üsul-idarəni bölüşən Səudiyyə Ərəbistanındakı hakimiyyət Sofiyaya vətəndaşlıq verib. Həmin Səudiyyə rejimi ki, dünya gündəmindən düşmür. Öz vətəndaşını boğaraq qətlə getirdikdən sonra, üz dərisini soyaraq, cəsədini mişarla tikələrə bölən Səud hakimiyyəti dəmir parçasından düzəldilən əşyaya vətəndaşlıq verir. Bununla, demək istəyir ki, dilsiz əşya, tərpənən insandan daha önəmlidir. Günlərin bir günü eşitsəniz ki, vətəndaşları qətlə yetirib, dəmir parçalarına şəxsiyyət vəsiqəsi paylanılıb, Ərəbistanda, şübhə etməyin. Zatən, Yəməndə törətdiyi qətllər, öz ölkəsində digər məzhəb daşıyıcılarına qarşı soyqırımlar, heç kimi narahat eləmir. Nə Qərbi, nə Amerikanı, nə də Türkiyəni. Bu günlərdə məlumat yayıldı ki, Türkiyə Səudiyyə ilə əlaqələrini pozmaq istəmir. Çünki, ABŞ belə istəyir və yaxud, elə və yaxud…

Qayıdaq İmişliyə. Keçən il müəllim və həkimlərin pambıq sahələrinə tökülüşdüyü İmişliyə. Bu il deyəsən, pambıq sahədə qalıb, heç yığan da yoxdur. Neft bahalaşıb, sahibkar da bir kilosu üçün 10 qəpik verib yığdırmaq istəmir. Axı, kilosunu heç 10 qəpiyə sata bilməyəcək. Kimdir, pambıq alıb, satan? Ölkəmiz o qədər „inkişaf“ edib ki, İmişlidə Asan Xidmətin açılışına Koreyadan robort gətirir, İlham müəllim. Görəsən, Sofiyanın hər saatı üçün koreyalılara nə qədər pul ödənilib? Azad mətbuat olsaydı, Sofiyaya nə qədər kürü verildiyini, yaxud gecə 12-dən sonra yanına kimin göndərildiyini araşdırardı. Üzgünəm, belə məlumatları əldə edə bilməmişik, hələlik.

İlham müəllim görəsən, Sofiyanı niyə İmişlidə qəbul elədi? Sofiya ilə səmimi danışmaqla kimə hansı mesajları ötürdü? Onun gözəl və cazibədəar olduğunu deməklə nə etmək istəyirdi? Yaxud, Sofiya ölkəmizdə nə qədər qalacaq? Bakı sürüşməsindən xəbəri olacaqmı? Ümumiyyətlə bu səfər Azərbaycana neçə milyona başa gəlib? Və sair suallar cavabsız qalır. Bu barədə heç kim sual verməsin, tələsən yerimiz yoxdur, Parlamentə düşmək lazımdır.

Söhbət parlamentdən düşmüşkən, bir təklif vermək istəyirəm. İlham müəllim, Cənubi Koreyaya sofiyadan 125 ədəd sifariş versin. “Ermənilər əyilə-əyilə gəzməlidirlər“, yaxud “Avropa bizə, İlahm Əliyev kimi prezidentimiz olduğu üçün xainlik edir“ və bəzilərinə də müxtəlif səslər yazsınlar. Parlamentdə oturanlar, Sofiyadan nə ilə fərqlənirlər ki, büdcədən bu qədər əlavə rasxod xərclənir? Bunlar da gedib, viogara, zad alırlar…

Prezident yaxşıdı, məmurlar özbaşınalıq edirlər, bir balaca çörək pulu çıxan iş tapsaydım hər şey əla olardı! Göydən üç alma düşdü, inciməyin üçü də Sofiyanın. Axı o, çox hörmətli qonaqdır və qayıdandan sonra Cənubi Koreyada Asan Xidməti təbliğ edəcək!

Sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev adından Sofiyanın şərəfinə ziyafət təşkil olunub.

indeksCavid Cabbarlı

Oxunuş sayı 731 dəfə
Şərh vermək üçün giriş edin
Top