Bazar ertəsi, 27 Avqust 2018 23:34

Lənkəranda sələmçiləri kim himayə edir?- VİDEO

"Mənə təklif etdi ki, get intihar et, üzürdə yığılan pulu mən götürüm”
 
Lənkəran rayonu Şıxəkəran kənd sakini Əliyeva Təyibə Güləli qızı redaksiyamıza göndərdiyi məktubda həmkəndliləri tərəfindən təqib və təhqirlərə məruz qaldığını bildirib. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarının seyrçi mövqedə dayanması da iddia olunub.
 
Bu barədə azadlıq.info məlumat yayıb. Şikayət məktubunu ixtisarla oxucularımıza təqdim edirik:
 
"İki min manat borc 20 min manata çatdırılıb"
 
Əliyeva Teyibə 2011-ci ildə Şıxəkəran kənd sakinləri olan Əliyeva Dilarədən 1300 manat, Ramazanova Fəridədən isə 700 manat olmaqla aylıq 8 faizlə cəmi 2000 manat pul götürüb.
 
Bildirdiyinə görə, 2015-ci ilə kimi hər ay faizlər ödənsə də əsas borc qalıb. "2015-ci ildə bacılar pulu qaytarmağımızı israrla tələb etdi. Bizdən polis idarəsinə şikayət etdilər. Guya kürəkənim və oğlum onları döyüb. Amma əslində onlar mənim oğlumu döymüşdülər. Buna görə oğluma 10 sutka inzibati həbs də verdidilər. 2015-ci ilin sentyabrında mən və həyat yoldaşım Ənvər Əliyev polisə aparıldıq. Orada Əlifağa adlı polis əməkdaşına faizə pul aldığımı, faizi aybaay ödədiyimi bildirdim. Amma həmin pulu birdəfəyə qaytarmaq imkanımızın olmadığını da dedim. Orada mənim qoluma qandal vurub həyat yoldaşımı təhqir etdilər. Bundan sonra həyat yoldaşıma məcburi surətdə natorial qaydada sənədə imza atdırıblar.
 
2015-ci il sentyabrən 16-dan etibarən 2018-ci ilin sentyabrın 16-na kimi pulu hissə ödəməyimiz barədə müqavilə bağlanıb. Təzyiq altında olduğu üçün müqqvilədə yazılanlara fikir də verməyib. Məbləğ isə 2000 manatdan artırılıb 20000 manata çatdırılıb. 2016-cı ildən Fəridə və Dilarə bacıları yenidən bizdən pul istədikləri üçün məhkəməyə müraciət etdik. Hakim onlara sələmçi olmalarını bildirsə də, məhkəmə qərarı onların xeyrinə oldu. Şirvan Apellyasiya məhkəməsi də bizim 2018-ci ilin sentyabrına kimi vaxtımız olmasna baxmayaraq Lənkəran məhkəməsinin qərarını qüvvədə saxladı. Ali Məhkəməyə isə qərarı ala bilmədiyimizdən şikayət edə bilməmişik”, - deyə şikayətçi məsələnin detalları ilə bağlı bildirib.
 
"İcra məmuru və prokuror müavini bizi həbslə hədəlir”
 
Bu ilin yayından isə məsələ yeni mərhələyə keçib. Bu haqda şikayətçi yazır: "Bundan sonra bizə təzyiqlər artmağa başladı. 20.06.2018-ci il tarixdə həyat yoldaşımı 10 gün müddətinə inzibati həbsə atdılar. Orada onun xəstəlikləri şiddətləndiyi üçün həbsdən sonra 20 gün xəstəxanada yataraq müalicə olundu. Məhkəmənin qanusuz qərarından şikayət etmək üçün bu günə kimi də həmin qərarı ala bilmirik. Lənkəran rayon İcra Şöbəsinin icra məmuru Tural Mustafayev bacıları müdafiə edir, məni həbslə hədələyir. Dəfələrlə aidiyyatı orqanalra şikayət etsəm də heç bir nətiçəsi yoxdur. Bu işdə Lənkəran rayon prokurorluğu sələmçi bacıların müdafiəçisi kimi çıxış edir. Prokurorun Rəşad adlı müavini bizi uzunmüddətli həbsə göndərəcəyini deyir. Fəridə və Dilarə bacıları məhkəmə və prokurorluqdakı himayədarlarına arxalanaraq deyirlər "evini sat pulu ver”. Əliyeva Dilarə isə məni özümü öldürməyə vadar edir. Konkret olaraq mənə təklif etdi ki, get intihar et, üzürdə yığılan pulu mən götürüm”.
Şikayətçi bildirir ki, Əliyeva Dilarə və Ramazanova Fəridə bacılarını nəinki Şıxəkəran kəndində, eləcə də bütün Lənkəranda hamı sələmşi kimi tanıyır. Onlarla adamı eyni qayda da məhkəmə və hüquq mühafizə orqanları vasitəsi ilə "cəzalandırıblar”. "Araşdırılsa bu sənədlərlə ortaya çıxar. Onlardan faizə pul götürən adamlara qorxu gəlmək üçün cəzlandırdıqları bizim kimi adamları nümunə göstərib deyirlər ki, sizi də filənkəslərin gününə salarıq. Heç kəs də qorxusundan etiraz edə bilmir”, - deyə Teyibə Əliyeva qeyd edib.
 
Daha sonda Əliyeva Teyibə saytımız vasitəsi ilə ölkə ictimaiyyətinə və aidiyyatı qurumlara müraciət edir. Özünün və ailə üzvlərinin həyatının təhlükədə olduğunu bildirir. Respublikanın ali hakimiyyət orqanlarından məsələyə hüquqi qiymət verilməsini istəyir.
 
Xatırladaq ki, Lənkərandan "sələm mafiyası"nın Lənkəran hüquq-mühafizə orqanlarında çalışan bəzi məmurlar tərəfindən himayə olunduğu iddia olunur. Belə ki, Yuxarı Nüvədi kəndindən olan bir qrup sələmçinin indiyə qədər xeyli insanın ev-eşiyini, mülkiyyətini əlindən aldığı deyilir. Həmin şəxsləri isə yerli məmurların himayə etdiyi iddia edilir. Artıq bir neçə dəfə polis mayoru Rüfət İbayev və polis müstəntiqi Bəyəmir Cahangirovun da adı bu məsələlərdə hallandırılıb. 
 
Məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənmək cəhdimiz alınmadı. Buna baxmayaraq digər adı çəkilən şəxslərin mövqe bildirmək hüququ saxlanılır.
Oxunuş sayı 889 dəfə
Şərh vermək üçün giriş edin
Top