Bazar, 15 Aprel 2018 22:00

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi nə işlərlə məşğuldur? - VİDEO

“Diktatoru tanıdaq!” aksiyasına qoşularaq Bakıda İlham Əliyevin üzərinə diktator yazılmış fotosunu divara yapışdırdığı üçün faktiki oğurlanaraq 5 gün hüquq-mühafizə orqanlarının girovluğunda saxlanılan fəal Fatimə Mövlamlı ətrafında vəziyyət yenidən gərginləşib.

Belə ki, F.Mövlamlı başına gələnlər barədə canlı yayımla verdiyi açıqlamada ondan AXCP rəhbərliyindəki gənclərə qarşı təxribatda rol almaq istənildiyi, amma onun bunu rədd etdiyini deyib. Bu gün isə AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov, eləcə də hüquq müdafiəçisi Oqtay Gülalıyev İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə çağırılıblar. Onların hər ikisi bu çağırılmanın F.Mövlamlı hadisəsilə bağlı olduğunu güman etdiklərini açıqlayıblar.

F.Mövlamlının özü isə həmin canlı yayımdan əvvəl – aprelin 6-da, inzibati girovluqdan sərbəst buraxılan günün səhərisi azadliq.info-ya açıqlma verib, İnsan Alverinə Qarşı Mübarizə İdarəsində başına gələnləri danışıb.

Aprelin 10-da idarənin əməkdaşları yenidən onunla görüşüb, mobil telefonunu əlindən alaraq nömrəsini qırıb və yeni nömrə veriblər. Bu barədə də o, yeni açıqlama verib.

Aprelin 14-də F.Mövlamlı ona verilən nömrəni tullayaraq mitinqə gedib. Mitinq qurtaran zamanı o, yenidən axtarılıb və bu dəfə “Azadliq” qəzetinin redaksiyasına gələrək kömək istəyib.İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin ööünü İlham Rəhimov kimi təqdim edən əməkdaşı isə Fatimə Mövlamlının evinə gedib. Onu evdə gözlədiyini bildirib, ya da harada olduğunu deməsini istəyib.

Anası ilə vatsapla əlaqə saxlayan F.Mövlamlı əməkdaşımızın möbil nömrəsini verib ki, gələndə əlaqə saxlasınlar. Fatimə Nəşriyatda olduğunu dedikdən sonra həmin əməkdaş 10 NA 015 dövlət nömrə nişanlı avtomobillə onun arxasınca gəlib. 051 506 …. nömrəsi ilə zəng edən əməkdaş Fatiməni aparmaq itəsə də, o getməyib.

İkinci dəfə onun anasını gətiriblər. Bu dəfə Kamil adı ilə özünü təqdim edən bir əməkdaş da gəlib. Fatimə getməyə məcbur qalıb. Amma İnsan Alverinə qarşı Mübarizə idarəsinin əməkdaşlarını aprelin 6-da və 10-da verdiyi açıqlamalar barədə xəbərdar edib. Bir saatdan sonra İlham Rəhimov yenidən Fatimə Mövlamlının anasnı redaksiyaya göndərib, həmin açıqlmanın silinməsini istəyib. Əməkdaşlarımıza hədə-qorxu gəlinib. Açıqlamanın yayılaçağı təqdirdə Fatmənin “yox” olaçağı, “intihar edəcəyi” və bunun məsuliyyətinin “Azadlıq” qəzetinin əməkdaşları üzərində qalacağı deyilib.

F.Mövlamlı həmin gün yenidən İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə aparlıb. Ertəsi gün hüquq müdafiəçisi Oqtay Gülalıyevi baş verənlər barədə məlumatlandırıb. Hüquq müdafiəçis Daxili İşlər naziri və Baş Prokurora müraciət ünvanlayıb. Faimə Mövamlı ondan kimlərinsə əleyhinə istifadə edilməməsi üçün həmin açıqlamaları yaymağımıza təkidlə israr edib.

Oxunuş sayı 1574 dəfə
Şərh vermək üçün giriş edin
Top