Çərşənbə, 28 Mart 2018 22:00

Prezidentlər birgə avtomobil zavodunun açılışını etdilər

Bu gün Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib.

 

Xeber.İnfo-nun məlumatına görə, prezident İlham Əliyev və prezident Həsən RuhaniNeftçala Sənaye Məhəlləsində inşa olunan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıbar.

Sonra avtomobil zavodunda istehsal prosesini əks etdirən videoçarx təqdim olunub.

 

Daha sonra Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın sərmayə yatırdığı İranın Astara Yük Terminalına dair videoçarx nümayiş etdirilib.

Xeber.İnfo

Oxunuş sayı 910 dəfə
Şərh vermək üçün giriş edin
Top