Çərşənbə axşamı, 27 Mart 2018 22:00

Ruhani Azərbaycana gəldi

Türkmənistanda rəsmi səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani görüşlərini bitirərək Azərbaycanın paytaxtı Bakıya səfər edib.

Xeber.İnfo xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabad şəhərinə gedən Ruhani rəsmi təmaslarının ardından bu gün səhər Mərv şəhərində bəzi tarixi yerləri ziyarət edib.

Dünən Ruhaninin türkmən həmkarı ilə keçirdiyi təkbətək danışıqlar sonrası heyətlər arası görüşlər baş tutub və daha sonra İran və Türkmənistan arasında 13 əməkdaşlıq sazişi imzalanıb.

Prezident Ruhaninin Azərbaycan səfəri prezident İlham Əliyevin rəsmi dəvəti əsasında gerçəkləşib.

H.Ruhanini Azərbaycanın rəsmi şəxsləri və Bakıdakı İran diplomatları qarşılayıb.

H.Ruhani Azərbaycan rəhbərliyi ilə görüşəcək və ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.

Səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

Oxunuş sayı 829 dəfə
Şərh vermək üçün giriş edin
Top