Bazar, 24 Dekabr 2017 21:00

Mühacir xanım jurnalistin ailəsini polis təhdid edir

b 800 600 0 00 images xeber sekilleri 11noyabr2017 royarafiiiPolis Röya Rəfiyevanın qardaşını narkotiklə şərləyib həbs edəcəyini deyib

Almaniyada mühacir həyatı yaşayan jurnalist Röya Rəfiyevanın qardaşı Qaya Rəfiyev polis idarəsini aparılıb və bacısının tənqidi yazılarına görə xəbərdarlıq olub. Bu barədə R.Rəfiyeva Xeber.İnfo-a məlumat verib.

Onun sözlərinə görə qardaşı Qaya Rəfiyev Oğuz Rayon Polis idarəsinə aparılıb və həbs olunacağı ilə bağlı təhdid edilib: “Bir neçə gün əvvəl Kanal13 internet televiziyasının icraçı direktoru, jurnalist Əziz Orucovun həbsilə bağlı hökuməti tənqid etmişdim. Ə.Orucovun həbsini azad mətbuata qarşı ciddi basqı hesab etmişdim. İki gün əvvəl qardaşım Qayanı sahə müvəkkili çağırıb. Oğuz Rayon Polis İdarəsində tanımadığı digər polis əməkdaşları da qardaşımı həbs edəcəkləriylə qorxudublar. Ona şərt qoyublar ki, ya bacın hökuməti tənqid etməyəcək, ya da sənin cibinə narkotik atıb həbs edəcəyik. Qardaşım və valideynlərim qorxu içindədilər”.

Oxunuş sayı 1548 dəfə
Şərh vermək üçün giriş edin
Top