Bazar ertəsi, 18 Dekabr 2017 21:00

Canlı efirdə qalmaqal - Bir-birinə savadsız dedilər - VİDEO

Lider TV-də yayımlanan "Status” verilişinin canlı efirində gərgin anlar yaşanıb.

Gərginlik deputat Fazil Mustafa ilə tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli arasında olub. Belə ki, D. Əzimli Babəkin qəhrəman olub-olmaması barədə müzakirə zamanı onun Azərbaycanın tarixi şəxsiyyəti və cəsur türk sərkərdəsi olduğunu dilə gətirib.

Fazil Mustafa Babəkin türk olmadığını iddia edib və tarixçini "savadsız” adlandırıb.

D. Əzimli deputata onun tarixdən xəbərsiz olduğunu deyib və "özünsən savadsız” deyib.

Oxunuş sayı 1210 dəfə
Şərh vermək üçün giriş edin
Top