Bazar, 28 May 2017 22:00

Sumqayıtda binaların təmiri üçün məktəblərdən pul yığılır

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məktəblərdən pul yığdırır. Bu barədə adının çəkilməsini istəməyən valideyn Xeber.İnfo-a məlumat verib. Valideyn iddia edir ki, Z.Fərəcov məktəb direktorlarını yığıb hər valideyndən 20, 30 azn yığılmasını tələb edib. Valideynin dediyinə görə bu dəfə süpürgə və sair şeylər alınmayacaq, yığılan pulla Sumqayıtda yaşayış binalarının bloklarına qapılar qoyulacaq və təmir ediləcək.

Ramin Meherremov

Oxunuş sayı 1305 dəfə
Şərh vermək üçün giriş edin
Top