Bazar, 26 Mart 2017 22:00

AXCP-nin fəal üzvü oğurlanıb

Xeber.İnfo-nun əldə etdiyi məlumata görə, AXCP-nin üzvü, siyasi fəal Hüseynli Valeh Əlisalam oğlu Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən oğurlanaraq, naməlum istiqamətə aparılıb. Onun harda saxlanılması haqqında məlumat verilmir.

Əldə etdiyimiz məlumatda bildirilir ki, V.Hüseynli hakimiyyəti sərt tənqid etdiyi üçün dəfələrlə təhdid və təyziqlərə məruz qalıb. Güman olunur ki, V.Hüseynlini susdurmaq üçün belə addımlar atılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Xəzər Rayon Polis İdarəsi tərəfindən Valeh Hüseynlinin itikin düşməsilə bağlı məlumatlar yayılıb.

https://big.az/275950-bu_sexsi_gorenler_polise_xeber_versin_-_foto.html

Valeh Hüseynli siyasi fəallığı ilə seçilən gənclərdəndir, o, Milli Şuranın və AXCP-nin bütün tədbirlərində aktiv iştirak edir. 2013-cü il prezident seçkilərində Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəklədiyi üçün saxlanılmış, təhdid və təzyiqlərə məruz qalmışdır.

Oxunuş sayı 1406 dəfə
Şərh vermək üçün giriş edin
Top