Cümə axşamı, 14 İyul 2016 21:00

“Yalnız xoşbəxt edilən qadın xoşbəxt edə bilər”

Zaur Tahirsoy: “Ailə başçısı kişi olduğu üçün hədəf də kişilər seçilib”

Gənc yazar və rejissor Zaur Tahirsoyun Xeberman.com-a müsahibəsini təqdim edirik

-    Zaurbəy, ailə mövzusundayenikitabınızdərcolunub. Təbrik edirik.

-    “Xoşbəxt ailə notları” mənim ilk qələmə aldığım kitabdır. Ailə məsələləri üzrə araşdırmalardan ibarətdir. Oxucular tərəfindən də müsbət qarşılandı. Tanınmış ictimai xadimlər də kitab barədə müsbət fikirlər səsləndirdilər. Hətta həkim-nevroloq və psixoloqlardan mənə kitabımı pasientlərinə tövsiyə etdiklərini deyənlər oldu. Açığı bu qədər müsbət rəylər məni çox narahat etdi. Çünki tərifi insana zərərli ünsürlərdən sayıram. Tənqid isə mənə xüsusi zövq verir. Ən azından anlayıram ki, tərifə nisbətən tənqid inkişaf etməyimə səbəb olacaq.

-Deyirsiniz, sizin üçün bu qədər müsbət qarşılanması gözlənilməz oldu?

-  Düzünü desəm gözləyirdim. Çünki kitabın mövzularını öncədən kiçik məqalələr şəklində insanlarla paylaşırdım və çox müsbət qarşılanırdı. Məlum məsələdir ki, kitab da həmin məqalələrin toplusudur.

-  Kitabda kişilərə qarşı sanki sərt davranmısınız. Ailə münasibətlərində qadınların payına az məsuliyyət düşür?

-Bu cür etirazları indiyə qədər çox eşitmişəm (gülür). Bilirsiz, qadın zərif məxluqdur. Zərif məxluqa vəzifə yükləmək güclüyə yaraşmaz. Kitabda qadınlara özümdən icad etdiyim dəyəri verməmişəm. Sadəcə Allahın qadınlara verdiyi dəyəri elan etmişəm. Qadınlar, kimisə xoşbəxt etmək üçün yaradılmayıb, qadın məhz xoşbəxt edilmək üçün yaradılıb. Yalnız xoşbəxt edilən qadın xoşbəxt edə bilər. Eyni zamanda yaradılışda sistem belədir ki, kişi ailənin başçısıdır. Demək ailənin idarəçiliyi də kişinin öhtəsindədir və baş verən bütün problemlər bilavasitə kişidən qaynaqlanır. Ailənin başçısı kişi olduğu üçün məhz hədəf də kişilər seçildi. Bu mövzuya etirazların cavabı da kitabda qeyd edilib.

-   Yəqin ki, daha maraqlı əsərlər görəcəyik...

-   Əlbəttə, ilk kitab araşdırma formatında olduğu üçün bədii üsluba elə də diqqət edilməyib. Növbəti ildə romanımın işıq üzü görməsini planlaşdırıram və bu yöndə artıq xeyli işlər görmüşəm.

-Sizin əsas sənətiniz rejissorluqdur. Bu sahədə işləriniz necədir?  

-   RejissorluğuTürkiyədə oxumuşam. "Vətəni sevmək imandandır”, "Tamah”, "Soyuq Gecə” və sair qısametrajlı filimlərim olub.  

Polad Aslanov

Oxunuş sayı 1452 dəfə
Şərh vermək üçün giriş edin
Top