Cümə axşamı, 12 Mart 2015 21:00

Nizamsızlıq və ya silahla ehtiyatsız davranmadan əsgər ölürsə, bu, qeyri-peşəkarlığın nəticəsidir.

Nizamsızlıq və ya silahla ehtiyatsız davranmadan əsgər ölürsə, bu, qeyri-peşəkarlığın nəticəsidir.

Gündəm-Xəbər qəzetinin mühacirətdə olan müxbiri Rəmzi Balayev hərbi qulluqçuların ölümüylə bağlı  söhbət apardıq.

- Əsgər ölümləri ilə bağlı rəsmi məlumatlar verilməsə də, ayrı-ayrı ekspetlər, araşdırmaçılar tərəfindən müxtəlif fikirlər səslənməkdədir. Əslində vəziyyət necədir?

– Müdafiə Nazirliyi ictimaiyyətə məqsədli şəklidə mövcud situasiya ilə bağlı ətraflı məlumat vermir. Belə başa düşürəm ki, bu cəmiyyətdə ajiotaj yaratmamaqla bağlıdır. Lakin biz özümüzün haqlı, düşmənin haqsız olduğunu göstərmək istəyiriksə ermənilərin atəşkəsə əməl etmədiklərini və əsgərlərimizin həyatına son qoymasını yerli və beynəlxalq ictimaiyyətə açıqlamalıyıq. Bu durumda biz mətbuat orqanlarından, ayrı-ayrı bölgələrdə olan şəxslərdən, hərbi hissələrdən baş verənlərin nədən ibarət olduğunu öyrənməyə çalışırıq. Eyni zamanda ekspert rəyləri və çıxışları da bu işimizə kömək edir. Bu cür araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bu il, yəni 2015-ci ilin ilk iki ayı ərzində 15 nəfər hərbi qulluqçu dünyasını dəyişmişdir. Bu deyilənlər məhz bizdə kimlikləri məlum olan və yuxarıda qeyd etdiyimiz vasitələrlə öyrəndiyimiz faktlardır. Ola bilər ki, bir neçə ölən və yaralanan var ki, biz onları öyrənə bilməmişik.

- Rəmzi bəy, məncə bu kifayət qədər ciddi rəqəmdir. 15 nəfər doğrudanmı hərbi xidmət zamanı bu və ya digər səbəbdən dünyasını dəyişib?

– Təəssüf ki, bu rəqəm doğrudur. 2015-ci ilin yanvar-fevral aylarında 15 nəfər hərbçimizi itirmişik, eyni zamanda 6 nəfər də yaralanıb və ya xəsarət alıb. Bilirsiniz, biz araşdırma aparan zaman bu hadisələrin başvermə səbəblərini də öyrənirik. Belə ki, rəhmətə getmiş 15 nəfərdən 9-u məhz düşmən gülləsinə tuş gəlib, 2 nəfər qeyri-nizam hərəkətdən, 1 nəfər xəstəlikdən, 1 nəfər də silahla ehtiyatsız davranmadan dünyasını dəyişmişdir. Bunula yanaşı 1 nəfər mina partlayışına düçar olmuş, 1 nəfər isə intihar etmişdir. Yaralananlardan da 3 nəfəri qarşı tərəfdən vurulmuşlar.  Sualınız da səsləndirdiyiniz o ciddi rəqəm ifadəsinə gəlincə deyə bilərəm ki, bəli, bu çox ciddi və muqayisə baxımından ağır rəqəmdir. Müqayisə üçün deyək ki, 2005-2014-cü illər, yəni əvvəlki on ilin eyni müddətində heç vaxt bu qədər itki olmayıb. Paralel olaraq ötən 2014-cü il ərzində cəmi 29 nəfər hərbi qulluqçu dünyasını dəyişmişdir. Fərqə özünüz diqqət yetirin.

- Məlumat varmı ki, baş verənlər əsasən hansı struktura dah çox aiddir?

– Baş verənlərin hamısı Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrin qulluqçu və əsgərləridir. Gördüyünüz kimi burada intihar, silahla ehtiyatsız davranma, qeyri-nizami hərəkət və s. səbəblər də vardır. Bu isə hərbi hissələrdə vəziyyətin o dərəcədə də yaxşı olmadığından xəbər verir. Təsəvvür edirsinizmi ki, hərbu hissə qapalı struktur olduğundan bir çox məsələlərin ictimaiyyətə açıqlanması qeyri-mümkündür.

- Rəmzi bəy vəziyyəti dəyişmək üçün nələr etmək lazımdır?

– Müdafiə Nazirliyi təcili təxirəsalınmaz tədbirlər görməlidir. Burada hərbi hissələrdə olan kadr məsələsi, social-rifah və psixoloji durumla bağlı məsələyə xüsusi diqqət yetirilməlidir. Nizamsız hərəkət və ya silahla ehtiyatsız davranmadan əsgər ölürsə bu qeyri-peşəkarlığın nəticəsidir. Atəşkəs zamanı 9 nəfərin iki ayda ermənilər tərəfindən öldürülməsi isə müdafiə tədbirlərinin lazımi formada olmamasını göstərir. Sabah döyüşə daha yaxşı vəziyyətdə başlamağımız üçün bu hallara da diqqət etməyimiz zəruridir.

Oxunuş sayı 1251 dəfə
Şərh vermək üçün giriş edin
Top