Çərşənbə axşamı, 01 Aprel 2014 23:00

"Alternativ fikir olmayan cəmiyyətlər sürətlə uğursuzluga dögru gedir"

"Demokratiya uçün Avrointeqrasiyaya Dəstək” İctimai Birliyinin sədri Mətləb Balakişiyev: təşkilatların mövcud siyasi-ictimai durumuyla bağlı suallarımızı cabaladırdı.

 - Mətləb bəy, Azərbaycanda sosial-ictimai təşkilatların durumunu necə analiz edirsiniz?

– Çox təəssüflə qeyd etmək lazımdır ki, ölkədə vətəndaş cəmiyyətinin durumu olduqca ağırdır. Yəni, faktiki olaraq hökumət vətəndaş cəmiyyətinə, xüsusilə Qeyri-Hökumət Təşkilatlarına siyasi rəqib kimi baxır. Həm yerli, həm də beynəlxalq ictimaiyyətə məlumdur ki, Azərbaycanda siyasi müxalifət sıradan çıxarılmış vəziyyətdədir. Buna görə də hökumət Vətəndaş Cəmiyyəti İnstitutlarının güclənməsindən qorxaraq onları zəiflətmək üçün öz rıçaqlarından istifadə etməyə qərar vermişdir. Buna görə də 2014-cü ildən başlayan vergi yoxlamaları, açılan cinayət işləri, həbslər və s. təşkilatları bir anda qeyri-müəyyən vəziyyətə saldı. Bundan sonar artıq QHT-lər sözün əsl mənasında müstəqil fəaliyyət göstərməkdə çətinlik çəkməyə başladılar. Bir qrup QHT-lər isə öz fəaliyyətlərini dövlətin dəstəklədiyi layihələri çərçivəsində reallaşdırmağa çalışırlar. Bu isə birmənalı qəbul edilmir. Belə ki, dövlət büdcəsindən ayrılan vəsaitlə fəaliyyət göstərən hər hansı təşkilatın ictimai maraqları müdafiə edəcəyi şübhə doğurur. Hökümətin vətəndaş cəmiyyətinə qarşı son illərdə apardığı siyasətin bir adı var. Alternativ fikir olmamalıdır.  “Alternativ fikir” olmayan cəmiyyətlər sürətlə uğursuzluga dögru gedir..

- Zəhmət olmasa deyin görək əsas çətinliyi nədə görürsünüz, çünki, hökumət tərəfi də iddia edir ki, QHT-lərin bir çoxu vergidən yayınırdı, siyasi dəstək alırdı və s.?

Əslində bu iddialar atılan addımlara haqq qazandıran bəhanələrdir. Çünki, QHT-lər faktiki olaraq öz fəaliyyətləri barəsində vergi, maliyyə, statistika hesabatları verirlər. Digər tərəfdən də, əgər siyasi fəalyyətlə məşğul olan QHT varsa, o təşkilata görə digərlərini sıradan çıxarmaq nəyə lazımdır? Belə ki, sıxışdırma ayrı-ayrı şəxslərlə yekunlaşmamış, bütövlkdə QHT-lərin fəaliyyəti haqqında qanunvericilik dəyişdirilmişdir. Yəni hökumət öz iddiasında əslində özünü gücsüz göstərir. Hansısa “siyasi fəaliyyətin” qarşısını alaq məqsədilə  dövlət lazımi şəxsləri cəzalandırmaq əvəzinə bütün vətəndaş cəmiyyətini sıradan çıxarır. Qanunların bu fomada olması QHT-lərin fəaliyyətini əslində tam məhdudlaşdırmış edir.

 

- Vətəndaş cəmiyyətinin bir üzvü kimi sizin fəaliyyətiniz hansı səviyyədədir və nə kimi addımlar atmaq olar ki, vəziyyət dəyişilsin?

– Bizim Demokratiya uçün Avrointeqrasiyaya Dəstək İctimai Birliyinə dəfələrlə Ədliyyə Nazirliyi imtina cavabı verib. Qeyd edim ki, bu qanunauyğun olmamaqla yanaşı, həm də, Azərbaycanda QHT-lər üçün çoxdankı problemdir. Biz təşkilatımızın qeydiyyatı üçün artıq məhkəməyə müraciət etmişik. Əslində hökumət iradə nümayiş etdirərək tez bir zamanda problem aradan qaldıra bilər. Digər tərəfdən vətəndaş cəmiyyəti öz mübarizəsindən çəkinməyərək müqavimət göstərməlidir. 

Xeber.İnfo

Oxunuş sayı 1374 dəfə
Şərh vermək üçün giriş edin
Top