Çərşənbə axşamı, 01 Aprel 2014 22:24

Hakimiyət müstəqil vətədaş cəmiyyətini “ciddi təhlükə” hesab edir

“QHT-lər hakimiyyətin yarıtmaz siyasətinə həqiqət donu geyindirməklə məşğul olurlar ”

Xeber.İnfo-nun müsahibi ictimai-siyasi fəal Mətləb Balakişiyevdir 

-         İnkişaf eləmiş ölkələrdə vətəndaş cəmiyyətinin ayrı-ayrı nümayəndələri hökumətə nəzarət edir. Azərbaycanda isə sanki vətəndaş cəmiyyəti mövcud deyil.

 -          Azərbaycanda mövcud hakimiyyət digər sahələr kimi vətəndaş cəmiyyətinin formalaşmasını da iflic edib. Vətəndaş cəmiyyəti deyəndə Qeyri Hökumət Təşkilatları (QHT) nəzərə gəlir. QHT-lər cəmiyyətin inkişafına və hökumətin siyasətinə ictimai nəzarəti təşkil etməlidirlər. Lakin Azərbaycanda tam əksini müşahidə edirk.  Büdcədən ayrılan milyonların silinməsində əhəmiyyətli rola sahib olan QHT-lər var, bir də hər şeydən məhrum edilmiş və həbslərə atılmış yaxud ölkədən didərgin düşmüş QHT-lər. Ancaq hökumətin yanlış siyasətini dəstəkləyən vətəndaş cəmiyyəti kimə lazımdı? Bunlar sanki sabun köpuyünü xatırladırlar. Hökumətə lazım olanda köpüklənirlər, sonra tez bir zamanda yoxa çıxırlar.

 -         Vətəndaş cəmiyyətinin inkişafı üçün nələr edilməlidir?

 -         Bu sahədə bütün maneələr aradan qaldırılmalıdır. Dövlət qeydiyyatından tutmuş ən xırda əngəllərə qədər sərbəstlik yaradılmalıdır. QHT-in dövlət qeydiyyatından keçməsi çox ciddi problemə çevrilib. Qeydiyyat siyasi filtir rolunu oynayır. Hakimiyyəti tənqid edəcək, yaxud sifarişlə işləməyəcək ehtimalı olan şəxslər təqib olunur, təşkilatlar qeydiyyata alınmır və qanunsuz təzyiqlərlə üzləşirlər. Elə təşkilat var ki, 10 ildir dövlət qeydiyyatından keçə bilmir. Cavabı isə çox sadədir - hakimiyyətdən hansısa formada öhdəlik götürmür.  Hakimiyyət bezdirici cavablarla cəmiyyətin aktiv fərdlərini uzaqlaşdırır, əks halda həbslərə qərəd təhdid edir. Vətəndaş cəmiyyətinin inkişafı üçün düşünən beyinlər üzə çıxmalı və heç bir sünii əngəllə rastlaşmamalıdırlar.   Hakimiyyət mütəqil QHT-lərə qarşı məhduiyyətləri “dövlət prinsiplərinə çevirlib”.  Hakimiyət müstəqil vətədaş cəmiyyətini “ciddi təhlükə” hesab edir.

 -         QHT sahəsində dövlətin xüsusi proqramı var və bu sahəyə kifayət qədər vəsait ayrılır.

 -         Bəli, bir qədər əvvəl dediyim kimi hökumət bu sahəni tam nəzarətə götürüb və büdcədən milyonlar xərcləyir ki, vətəndaş cəmiyyəti inkişaf eləməsin. QHT sektoru siyasi hakimiyyətin təbliğatını həyata keçirir. Kiçik araşdırma aparsaq hər şey aydın olar. Azı ildə iki dəfə büdcədən vəsait ayrılır və qrant müsabiqəsi keçirilir. Müsabiqədə qalib layihələrin əksəriyyəti beynəlxalq layihələrdir. Bu layihələr hansı effekti verib? Ancaq hakimiyyətin yarıtmaz siyasətinə həqiqət donu geyindirməklə məşğul olublar.  Bir faktı deyim, layihələri qalib olan QHT-lərin böyük əksəriyyəti 2015-ci ilin parlament seçkilərində namizdə olmuş və deputat seçilənlərin təbliğatı ilə məşğul oldular. Deməli bu təşkilatlara dövlət büdcəsindən ona görə qrant verirlər ki, lazım gəldikdə hakimiyyətin siyasi xəttini təbliğ etsinlər. Dövlət büdcəsi bu cür talan edilir. Bu vəsait lazım olar yerə xərclənsə əlbəttə ki, vətəndaş cəmiyyəti inkişaf edər.

Xeber.İnfo

 

 

Oxunuş sayı 1336 dəfə
Şərh vermək üçün giriş edin
Top