Çərşənbə axşamı, 31 Mart 2015 13:51

“Avropalı ilə dövlətini güclü, qırılmaz güvənc telləri bağlayır”

“Avropanı inkişaf edən xətt üzrə qabağa aparan əsas səbəb qanunun aliliyidir”

Xeber.İnfo-nun müsahibi ictimai-siyasi fəal Taryel Bayramovdur.

-   Avropadan Azərbaycan nece görnür,  ilkin diqqəti cəlb edən nələrdir?

-         Azərbaycanı hər hansı bir Avropa ölkəsi ilə müqayisə eləmək mümkün deyil. Arada çöx böyük fərq var. Oxşarlığa gəldikdə isə, nəsə oxşar cəhət tapmaq xeyli çətinləşir. Kifayət qədər, gözəgirəcək səviyyədə fərqlər mövcuddur. Azərbaycan iqtisadiyyatı (iqtisadiyyatsızlığı) ilə Avropnın  inkişaf etməkdə olan iqtisadiyyatını necə müqayisə eləmək olar? Azərbaycanda yumurta yığmaq üçün karton belə istehsal olunmur, neftin pulları sayəsində yol çəkilirsə, buna iqtisadiyyat demək olar?  Əmək haqqlarına baxaq. Avropada 2000 evrodan aşağı əmək haqqı yoxdu. Bu da təqribəm 4000 manata yaxın məbləğ deməkdir. Azərbaycanda isə minimum əmək haqqı 123 manat civarındadır. Ölkə başçısı iddia edir ki, iqtisadiyyatımız 500 faiz inkişaf edib 4, 5 dəfə artıb. Lakin fakt göstərir ki, Azərbaycan vətəndaşı avropalıdan təqribəm 40 dəfə az əmək haqqı alır. Azərbaycan heç bir təbii sərvəti olmayan Ermənistandan geridə qalır. Tibbi sogortanı nümunə göstərə bilərik. Azərbaycan vətəndaşı xəstələnirsə, pulu olmadığı halda ölməlidir. Bu kimi hallar vətəndaşla dövlət və xüsusən hakimiyyət arasında güvənsizlik yaradır. Vətəndaş heç bir halda dövlətə və hakimiyyətə etibar eləmir. Avropa insanı isə bütün halda vətəndaşı olduğu dövlətinə inanır. Birsözlə avropalı ilə dövlətini güclü, qırılmaz güvənc telləri bağlayır. Bu mənada avropalı ilə azərbaycanlının ümidləri fərqlidir. Azərbaycan vətəndaşı sabaha çörək tapa biləcəyinə, övladının qarnını doyurda biləcəyinə ümidsiz olduğu halda, avropalı ən uzaq arzusunu, xəyallarını reallaşdıracağına ümidlidir. Avropalı bütün mənada istədiyini alır, azərbaycanlı isə uşağı üçün ən ucuz oyuncağı almaq iqtidarında deyil. Buna görə də Çin istehsalı olan yararsız şeylər Azərbaycan bazarlarını “bəzəyir” .  Avropalı istədiyinə nail ola bilər, Azərbaycanda isə insanlar istedadlarını göstərməyə belə acizdirlər.

- Avropa ilə Azərabcyanı fərqləndirən əsas cəhtələr nədir?

 -  Azərbaycan neft ölkəsidir, neftin hesabına ölkəyə milyonlar gəlir. Lakin Azərbaycan vətəndaşının həyat səviyyəsi çox aşağıdır. İnsanlar yaşamaq üçün ölüm-dirim mübarizəsi aparırlar. Bir parça çörək üçün Rusiyanın müxtəlif şəhərlərinə və digər ölkələrə səpələniblər. Ölkənin gələcəyi qaranlıq səma ilə əhatələnib, ümidsizlik höküm sürür, vətəndaşlar xilas yolunu başqa yerlərdə arayırlar.

-   İnsanların fərqli cəhətləri nədir?

-   Dediklərim hamısı insanların düşüncə və dünyagörüşlərinə təsir edir. Bu qədər fərqlilikdə əlbəttə ki, avropalı ilə azərbaycanlının düşüncəsi eyni ola bilməz. Yaşayış səviyyəsi və həyata baxış tərzi tam fərqlidir.

- Sizcə Avropa dəyərlərinin əsas üstünlüyü nədir?

 - İnsanlar sözün əsil mənasında azaddır. Bütün hüquqlar dövlət tərəfindən qorunur, azadlıqlar təmin edilir. Yüksək iqtisadi potensial və sabitlik mövcuddur. Təbii ki, yüksək həyat tərzi göz önündədir. Bütün bunların fonunda işlək qanuni mexanizm dayanır. Qanunun aliliyi tam mənada təmin edilib. Avropanı inkişaf edən xətt üzrə qabağa aparan əsas səbəb qanunun hamı üçün eyni olması və aliliyidir. 

Xeber.İnfo

Oxunuş sayı 1168 dəfə
Şərh vermək üçün giriş edin
Top