Bazar, 01 May 2016 22:00

Əməkdar artist Məcnun Hacıbəyov vəfat etdi

Tanınmış aktyor Məcnun Hacıbəyov vəfat edib

Ölkə.az-ın məlumatına görə, bu barədə jurnalist İradə İsaq sosial şəbəkədə yazıb:

"Gözəl aktyor Məcnun Hacıbəyov dünyasını dəyişdi. 2012-ci ildə ATV kanalında "Sönməyən ulduzlar" verilişində bütün etiraflarını mənə etmişdi. Ölümündən də danışmışdı. İndi yüksək vəzifədə olan oğlunun atasının kasıb komasını çəkməyim xoşuna gəlməmişdi. Amma nə isə... Çox gözəl veriliş idi".

Xatırladaq ki, 81 yaşlı əməkdar artist ömrünün qırx ildən çoxunu Azərbaycan teatrına həsr etmişdi. 2010-cu ildə işlədiyi Azərbaycan Dövlət Dram Teatrından küsərək doğulduğu İkinci Nüqədi kəndinə qayıtmışdı.

Allah rəhmət eləsin!

Oxunuş sayı 2684 dəfə
Şərh vermək üçün giriş edin
Top