Cümə axşamı, 13 İyul 2017 22:00

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi növbəti tədbirini Göyçayda keçirdi

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məktəblilərin təlim-tərbiyəsində milli mədəni irsin saxlancı hesab edilən muzeylərin rolunun artırılması”  layihəsi çərçivəsində növbəti tədbirini 12 iyul 2017-ci il tarixində Göyçay şəhəri  H.Əliyev Mərkəzində həyata keçirib. 

Layihənin əsas məqsədi Mədəni İrsin qorunmasında əsas məbəd hesab edilən  muzeylərin məktəblərdə aparılan təlim-təhsil sistemi ilə birgə strukturlaşdırılmış və təhsil müəssisələri ilə razılaşdırılmış fəaliyyətlərin təşkil edilməsinin bu günki vəziyyətinin araşdırılması olmuşdur.  

Keçirilən dəyirmi masada Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rayona ezam olunmuş üzvləri Məmmədova Kubra, Nağıyev Elşən, Həsənli Rəşad və birliyin sədri Jalə xanım Cəfərovadan başqa, Göyçay royununu ictimaiyyət nümayəndələri, dövlət qulluqçularında ibarət 35 nəfər iştirak etmişlər. Tədbirdə rayonda fəaliyyət göstərən muzey və kitabxanaların əməkdaşları, məktəb  müdirləri, müəllimləri,  o cümlədən Tarix və Diyarşünaslıq muzeyinin, H.Əliyev Mərkəzinin, R.Rza ev muzeyininəməkdaşları, Göyçay qəzetinin müxbiri və İcra hakimiyyətindən ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəcəbova Rəşxəndə  xanım  və başqaları iştirak etmişdir.

jale1 Tədbiri  giriş sözü ilə açan icra nümayəndəsi  Rəşxəndə xanım iştirakçılara uğurlar arzuladı  və eyni zamanda mövzunun xeyli aktual  olduğunu xüsusi vurğuladı. O çıxışında  bildirdiki, belə mövzular hər zaman  gündəmdə olmalı və verilən təkliflərə isə  Bakıdan xoş xəbərlər gözləyirik. Tədbirdə  çıxış edən Milli Mədəniyyətin Təbliği İctimai  Birliyinin sədri Jalə xanım Cəfərova öncə  qonaqları salamladı. Daha sonra fikrini  davam etdirərək bildirdi: “Bu gün sizinlə  müzakirə etdiyimiz  mövzu  nə qədər  aktualdısa, inanın bir o qədər də mənə əziz və  doğmadır. Artıq uzun illərdir ki, bu mövzunu   Bakıda da bir çox məktəblərdə  tədqiq və  tətbiq etmişik. Deməliyəm ki,  hələ də  ürəkaçmayan cəhətlər çoxdur. Bu gün də nədənsə muzeyə axın çox zəifdir.Bu iş  təkcə müəllimlərin deyil, eyni zamanda valideynlərin də işi olmalıdır. Sizdən öncə  iki rayonda olmuşuq. Demək olar ki, bütün rayonlarımızda vəziyyət eynidir. Qiymətli eksponatlar əl-ayaq altında dolaşır, insanların marağı demək olar ki, çox zəifdir. Xüsusən də ev muzeylərinin qapısı daim açıq olmalı olduğu halda, müxtəlif səbəblərdən demək olar ki, tədbirdən tədbirə insan nəfəsi duyulur. Uşaqlıqdan balalarımıza vətən sevgisini  anlatmanın ən gözəl nümunələrindən biri və deyərdim ki, birincisi tarixi abidələr, muzeydəki tarixin qan yaddaşı olan eksponatları tanıtmaqdır. Siz tanıtdınızmı mütləq uşaqlar sevəcək və dəyər verəcək. Yalnız belə olan haldavətənin  sevilərək qorunmasından danışmaq olar".

Daha sonra  R.Rza ev muzeyinin direktoru Solmaz Həsənova  söz aldı. “İl ərzində muzeydə gücləri, imkanları çatan tədbirlərdən söz etdi. Həmçinin bildirdi: “Kkəndlərə səyyar şəkildə getmək istəsək də, imkansızlıqdan bu işi görə bilmirik. Muzeyimizdəki bir çox problemlərlə bağlı dəfələrlə cənab Ə.Qarayevə müraciət edisə də, istəklərimiz cavabsız qalıb”.

Orta məktəb müəllimi Tərlan Qarayev  bütün emossiyalarını səfərbər edib məktəblilərin, ümumiyyətlə insanların zövqünün  düzgün inkşafına maneələrin əsas qaynağını məhz KİV-lərdə gördü. Çoxlu misallar çəkərək TV kanalların bu qədər zövqsüz, boş, mənasız proqramlarının nəinki gənclərə elə hamıya mənfi təsirindən danışdı. O, iştirakçılara müraciətlə sordu: "Siz mənə  bircə dənə normal vətənpərvərliklə bağlı  veriliş adı deyin. Nə qədər yemək bişirmək,  artistlərin mənasız, əxlaqsız həyatını reklam edib gərginlik yaratmaq olar? Niyə sərhəddəki  hadisələr haqqında danışılmır,  nədən  gənclər üçün Vətən haqqında mənalı verilişlər yoxdur? Bizim üçün utanc olmalıdır ki,  Bakıda İstiqlal muzeyində M.Ə.Rəsulzadəyə həsr olunmuş babbalaca guşə belə yoxdur”.

jale2

Daha sonra  “Tarix və diyarşünaslıq” muzeyinin elmi işçisi Humay xanım  Əsgərova söz aldı.  O da  muzeylərindəki darısqallıqdan, qiymətli eksponatların əl,ayaq altında lazımı şəraitdə qorunmamasından, həm də Mədəniyyət Nazirliyinin bu işlərə biganə münasibətindən gileyləndi. 1 saylı orta məktəbin direktoru Tahirə Qurbanova öz fikirlərini bildirdi: "Muzeyi yüksəklərə qaldırmaq üçün muzey işini sevmək lazımdır. Hər halda  müstəqilliyimizin yaşı o qədər də çox olmadığı üçün  müəyyən tənqidlərə haqq qazandıra bilmirəm. Və bir dəəlifbamızın tez-tez dəyişməsindən  əhalinin savadlı ziyalı təbəqəsinə çox ziyan dəydi. Muzeylərə axını gücləndirmək işi hamının işidir".

Tahirə xanım  həmçinin keçən il aprel döyüşlərini xatırladaraq belə söylədi: "Sevinirəm ki, yeniyetmələrimiz  Vətən sevgisi ruhunda böyüyürlər. Düzdü tarixi abidələrimizi də tanımalı və seməlidilər". 

Əslən Göyçaydan olan və hazırda Bakıda yaşayan və rayona qonaq gələn müharibə veteranı, Qarabağ qazisi Vətən Uğrunda saytin rəhbəri Rövşən Əhmədli çıxış edərək, fikirlərini bölüşdü: "Əvvəla çox sevinirəm ki, bu zalda  uzun illər tanıdığım insanları görürəm xususən təhsil aldığım məktəbin dirktoru Tahirə xanım mənim üçün çox dəyərli bir insandı. Mövzu da çox aktualdı.  Hər birimizin borcu  yetişməkdə olan balalarımızı ən birinci vətənə sayğı ruhunda böyütməkdi. Deyim ki, mən çox vaxt bunun canlı şahidi olduğum üçün sevinirəm.  Cəmi bir neçə gün öncə  hamımızın balası saydığımın  Füzulinin Əlixanlı qəsəbəsində xain düşmən gülləsinə tuş gələn Zəhranı ziyarətə getdik. Yolboyu  sadə kənd adamları, peşəsindən və yaşından asılı olmayaraq yüzlərlə insanın  hər an torpaqlarımızı işğaldan azad etmək istəyini gördükcə, içimizdə bir sevinc hissi baş qaldırdı. Müqəddəs borcumuz Vətəni sevmək və qorumaqdır. Şübhəsiz ki, Vətənin bir parçası olan  muzeylər gənclərin daimi ziyarətinə çevrilməli və ordakı eksponatları dərindən tanımalı və tanıtmalıdır. Biz də əlimizdən gələni əsirgəməməliyik.

Tədbiri yekun sözü ilə qapadan  layihə rəhbəri hər kəsə minnətdarlığını bildirdi: “Mən bundan öncəki rayonlarda olarkən də demişdim və bir daha təkrar edirəm ki, bütün iradlar, təkliflər  aidiyyəti  ünvanlara çatdırılacaq və  işimizin davamı olaraq, bir daha Göyçaya təşrif  buyuracağıq”.

Xeber.İNfo

Oxunuş sayı 2712 dəfə
Şərh vermək üçün giriş edin
Top