Çərşənbə axşamı, 29 Mart 2016 11:13

“Müğənni olduğum üçün utanıram...”  - Firuzə İbadova

“Oxunmamış çox nəğməm qalıb, həvəsim “rəhmətə” gedib

Xeber.İnfo-nun bu dəfəki müsahibi illərini Azərbaycan musiqisinə vermiş, gözəl müğənni, əməkdar artisti, Firuzə İbadovadır.

-         Firuzə xanim, necəsiniz? 

-         Çox şükür, yaxşıyam. Gənclərimiz yaxşı olsunlar. Gənclərimiz yaxşı olanda biz də yaxşı oluruq.  

 -         Nə yenilik var?

 -         Ümumilikdə bir yenilik yoxdur. Amma heç stimul da yoxdur. İnsan özü yenilik yaratmalıdır. Bunun üçün stimul olmalıdır. Artıq 45 ildir peşəkar səhnədəyəm. Qazancım tamaşaçılarım, dinyəcilərimdir.  Mənim üçün hər şeydən dəyərli tamaşaçılarımdır.

 -         Son günlər sənətçiləri vergiyə cəlb edirdilər, sizə qarşı hansısa tələb filan oldumu?

 -         Biz də bu vətənin övladıyıq. Dövlət qanunları qarşısında borcluyuq və biz digər vətəndaşlardan fərqlənməməliyik. Vergi ödəmək hər birimizin borcudur.  Mənim heç zaman vergi problemim olmayıb. Vaxtında ödəməli olduğum vergini ödəmişəm. Əslində biz sənət adamları dövlətə xidmətdə başqalarından bir addım qabaqda olmalıyıq, yaxşı əməllərlə digərlərinə nümunə göstərməliyik.

 -         Bəzi müğənnilər haqsız vergi tələb olunduğunu iddia edirdilər...

 -         Bu barədə konkret nəsə deyə bilmərəm. Amma müğənni pul qazanırsa, vergi də ödəməlidir. Məncə biz vergi ödəməklə işimizin bitdiyini düşünməməliyik. Bacardığımız qədər vətənimizə xeyir verməliyik. Əslində vergi və sosial ödəmək özümüz üçündür. Bunu başa düşmək lazımıdr. İndi ödəyirik, təqaüd yaşımızda dövlət bizə qaytaracaq. 

 -         Hansı fəxri adlarınız var?

 -         Azırbaycan Respublikasının Əməkdar Artisti  fəxri adına layiq görülmüşəm. Mənim üçün sənətə sevgi var, fəxri ad arxası ilə heç zaman qaçmamışam. Sağ olsun dövlətimiz ki, bu adı verib mənə. İnsanların sevgisi bütün adlardan yüksəkdə dayanır. Hər zaman bu sevgini qazanmağa çalışmışam. Var, dövlət ancaq yaşamaq üçün lazımdır. Yəni məni yaşada biləcək var, dövlət istəyirəm. Allah mənə şərəfli və ləyaqətli ömür nəsib edib. Bu ləyaqətli ömrümü şərəflə yaşayıram.

 -         Son zamanlar efirlərdə çox az görünürsünüz, dəvət etmirlər?

 -         Açığı, efirləri daha sevmirəm. Lazımsız verlişlər yorur məni. Televiziya kanalları dəvət edirlər. Tam səmimi deyirəm, efirə çıxmağa marağım yoxdu. Hər şeydən, hər kəsdən yorulmuşam. İnsanları çox sevirəm. Amma çox zərbələr alışam. Lakin zərbələr məni yerimdə daha da bərk dayanmağı öyrədib.  Zərbələrə dözmək üçün tamaşaçılarımdan güc almışam. 

 -         Daha çox kimdən zərbə almısınız, sənət dostalarınızdan,  yoxsa sadə insanlardan?

 -         Dost bildiklərimdən. Sadə insanlar  məni yaşadır. Sənətdə heç kimlə konfliktim olmayıb. Hər zaman çəkilmişəm kənara, özümə hörmət eləmişəm.

 -         Müsahibələrin birində özünüzü 18 yaşında gənc kimi hiss etdiyinizi demisiniz. Amma yaşınız nəvə oynatmağa imkan verir, nəvəniz varmı?

 -         Bəli, mən Firuzə nənəyəm. Bu da, məni yaşadan səbəblərdən biridir.  Bir qız nəvəm var.

 -         Allah saxlasın.

 -         Allah sizi də qorusun.

 -         Azərbaycan estradasından kimləri dinləyirsiniz?

 -         Heç kimi dinləmirəm. Hamısı bir-birinə bənzəyir. Hər kəsin öz rəngi olmalıdır. Amma Aybəniz Haçımova, Aygün Bayramova, Nuriyyə Hüseynova, Almaz Orucova  ən çox sevdiyim müğənnilərdir.   

-         Estrada  janrını bəyənmirsiniz, yoxsa bəyəndiyiniz ifaçı yoxdu?

 -         Bu janrı çox bəyənirəm, amma indi istədiyim səsi görmürəm.  Akif  İslamzadə, Gülağa Məmmədov, Hüseynağa Hadiyev, Oqtay Ağayev daha yoxdu.

 -         Ötən xatirələrə qayıtdınız, əvvəlki illəri günümüzdən nə ayırır?

 -         O zaman insanlarda mənəvi zənginlik daha çox idi. Müsiqi savadı ilə davranış qaydaları, əxlaq göstəriciləri bərabər tutulurdu. Böyük, kiçik yeri bilinirdi. Əvvəl müğənni gələndə hamı ayağa qalxırdı, hörmətlə yanaşırdı. İndi isə barmaqarası baxırlar. Elə məqamlar olur ki, müğənni olduğum üçün utanıram. 

 -         Həyatınızda nədən razı, nədən narazısnız?

-         Razıyam ki, həyatdayam, yaşayıram, narazıyam ki, hələ oxumadığım neğmələrim qalıb.

-         Hansı nəğmələrinizi oxumamısınız?

-         Çox nəğməm qalıb. Həvəsim “rəhmətə” gedib.

-         Dünyaya bir də gəlsəniz müğənni olarsınız

-         Olaram, amma (susur). Qorxardım çirkablıqdan, utanardım. Çünki hər şey elə bil başqadır. Ya insanlar başqadır. Hərdən evdən çıxanda elə bilirəm başqa yerdəyəm.

-         Sizcə müğənnilikdə çirkablıq var?

-         Əslində müğənnilik hər kəsin işi deyil. Elə ona görə də aləm dəyib bir-birinə. Müğənnilik sehirli bir aləmdi. Qapını açıb kütlə şəklində hamını buraxdılar. Keçmişdə belə deyildi.

-         Deyəsən Cavanşir  Məmmədovla aranız dəyib?

-         Xeyir, bu sənətdə onun kimilər çox azdı. Həm yaxşı müsuqiçidir, həm də gözəl şəxsiyyət.  Etibarlı dost, səmimi qardaşdır. Çox tərbiyyəli və nümunəvi ailəsi var. Belə ailələri çox sevirəm.

-         Bürcünüz və ilinizdən danışaq bir az, belə şeylərə inanırsınız?

-         Bürcüm dolça, ilim at ilidir. Hə, marağım var. Amma çox aludə deyiləm. Tək Allaha inanıram və ondan yardım istəyirəm. Əslən Ərdəbilli olsam da, Bakıda doğulmuşam. Allaha, dinə inam kökdən və insanın fitrətindən gəlir. İnsanıq da arada bürclərə də baxıram.   

-         Çox sağ olun ki, suallarımızı səbirlə cavablandırdınız…

-         Təşəkkür edirəm, işlərinizdə uğurlar. Allah hamımıza yardıçmı olsun.

Xeber.İnfo

 Əli Mövlud

Oxunuş sayı 2187 dəfə
Şərh vermək üçün giriş edin
Top